Sosial Darvinistlərin Sonsuzlaşdırma

Öldürmə Qanunları

Sosial darvinizmin ən geniş miqyaslı və ən mərhəmətsiz tətbiqlərindən biri də yevgenidir. (İnsan irqinin irsiyyət yolu ilə islahına çalışan sözdə elmi sahə). İlk olaraq Ç.Darvinin əmioğlusu F.Qalton tərəfindən 1883-cü ildə istifadə edilən yevgeni termini yunan dilində iki sözün birləşməsindən əmələ gəlir; eu (yaxşı) və genet (doğum). İki söz bir yerdə "doğuşdan yaxşı olma", "irsi əsillik" mənalarında istifadə edilir. Ancaq bu anlayış mənasında yer aldığı  kimi yaxşılıq deyil, tam əksinə, böyük vəhşilik və zalımlıq ehtiva edir.

Yevgeni tərəfdarları yalnız öz irqlərinin və ya siniflərinin qorunmasının və inkişaf etdirilməsinin lazım olduğunu iddia etmiş və digər irqin və ya sinfin insanlarının süni seleksiyaya məruz edilmələrinin lazım olduğunu sanmışlar. Məsələn, yevgeni nəzəriyyəsinin qurucusu sayılan ingilis F.Qaltona görə, qorunması lazım olanlar yalnız İngiltərənin yüksək sinfidir. Buna görə, Qalton yoxsul, xəstə, gücsüz, bacarıqsız insanların çoxalmalarının qarşısının alınmasının lazım olduğunu qarşıya qoymuşdur.

Nasistlər isə aryan irqinə mənsub sağlam insanların xaricindəki insanların dövlətə və cəmiyyətə yük olduqlarını və sonsuzlaşdırma və ya öldürmə yolu ilə ortadan qaldırılmalarının lazım olduğunu iddia etmişlər və bu düşüncələrini tətbiq etmişlər. Nasistlər yevgeni siyasəti daxilində yüz minlərlə insanı sonsuzlaşdırarkən xəstə, şikəst, ruhi xəstə, yaşlı, bacarıqsız və kimsəsiz olduğu üçün yüz minlərlə insanı da qaz otaqlarına göndərib, ac qoyub və ya dərman verib öldürmüşlər.

Yevgeni müdafiəçilərinin ən ciddi yanılmalarından biri insanların xarakterik xüsusiyyətlərin böyük  əksəriyyətini irsi sanmaları və ya qəsdən bu iddiada olmalarıdır. Məsələn, Qalton daxil olmaqla, yevgeni tərəfdarlarına görə tənbəllik, yoxsulluq kimi istənməyən xüsusiyyətlər irsidir. Tənbəl insanların tənbəl uşaqlarının olacağını zənn etdikləri üçün, bu insanların evlənmələrinə və uşaq sahibi olmalarına mane olmağa çalışmışlar. Təkamülçülərin belə məntiq xarici və axmaq iddianı sözdə elm adına müdafiə etmələri olduqca maraqlıdır.

1914-cü ildəki yevgenika təlim sinifindən bir fotoşəkil.

Darvinistlərin sözdə elm adına müdafiə etdikləri yevgeni bir çox insanın böyük acılar yaşamasına səbəb olmuşdur. Bu zalımlığın tarixi inkişafının araşdırılması söz mövzusu vəhşiliyi müdafiə edənlərin təməl dayaqlarının daha yaxşı başa düşülməsini təmin edər. Darvinin yevgenini özünə görə necə sözdə elm adına müdafiə edib təşviq etdiyinin öz sözləri ilə ortaya qoyulması bu baxımdan son dərəcə əhəmiyyətlidir. Əslində, yevgeni azğınlığı Platonun “Dövlət” adlı əsərinə qədər gedib çıxsa da, darvinizmlə birlikdə sözdə elmi görünüş qazanmış, hətta haradasa bir elm sahəsinə çevrilmişdir. Qaltondan çox təsirlənən və əvvəlki səhifələrdə irqçi fikirlərinə yer verdiyimiz K.Pirson yevgeninin qaynağının təkamül nəzəriyyəsi olduğunu belə ifadə edir:

... Müasir yevgeni düşüncəsi yalnız 19-cu əsrdə oyandı. Bu əsrdə yevgeniyə marağın artmasının bir neçə səbəbi vardır. Ən əhəmiyyətli səbəb təkamül nəzəriyyəsidir. Yevgeni terminini də kəşf edən F.Qalton fikirlərini əmioğlusu Ç.Darvinin doktrinasına əsaslandırırdı.103

Darvindən əmioğlusu Qaltona qalan miras: yevgeni

Yevgeni azğınlığının əsası, əslində, Maltus və Darvinlə qoyulmuşdu. Darvinə ilham qaynağı olan Maltusun təcrübəsində yevgeniyə əsas təşkil edən batil təlqinlər var idi. Məsələn, Maltus insanların bəslənən heyvanlara tətbiq olunan üsullarla çoxalacağını iddia edirdi:


Yevgeniklərə görə, yaşlılar da ələnməsi gərəkən zəif fərdlərdir. Buna görə də yaşlılara hörmət və sevgi göstərilmir, cəmiyyətdən uzaqlaşdırılmaları lazım olduğuna inanırdılar.
Çoxalma mövzusuna göstərilən bir diqqətlə eynilə heyvanlarda olduğu kimi, insanlar arasında da müəyyən dərəcəyə qədər irəliləyiş əldə etmək mümkün görünür. Zəkanın köçürülməsi mövzusu şübhəlidir; ancaq boyu, gücü, gözəlliyi, dəri rəngini və bəlkə uzun ömrü belə müəyyən dərəcəyə qədər nəql etmək olar.104

Digər bir çox açıqlamasında olduğu kimi, bu sözlərində də Maltusun insanları bir növ heyvan kimi qiymətləndirdiyi açıq şəkildə görünür. Maltusun bu azğın dünyagörüşü Darvinə də təsir etmiş və Darvin də yevgeni ilə əlaqədar fəlakət dolu bəzi proqnozlar vermişdir. "İnsanın törəməsi" kitabında bəzi sosial tətbiqlər səbəbi ilə zəif olanların ələnmədiklərini və bunun da bioloji geriləməyə səbəb olacağına dair narahatlığını dilə gətirmişdi. Darvinin azğın düşüncələrinə görə, "Yabanı insanlar" və heyvanlar arasında qüsurlu olanlar sürətlə ələnərkən mədəni cəmiyyətlərdə bu insanların tibb və xeyriyyəçilər tərəfindən qorunması böyük səhv idi. Darvinə görə, heyvan bəsləyənlərin süni seleksiya yolu ilə soy islahı aparmaqla daha yaxşı xüsusiyyətlərə sahib olan heyvanlar yetişdirdiyi və zəif və gücsüzləri ələdiyi kimi, insan cəmiyyətlərində də bunlar edilməli idi:

Beləliklə, mədəni cəmiyyətin zəif üzvləri öz növlərini çoxaldırlar. Ev heyvanlarının törəməsi ilə maraqlanan hər kəs bunun insan irqi üçün son dərəcə zərərli olduğundan tam əmindir. Baxım tələbinin və ya səhv yönləndirilmiş baxımın nə qədər qısa müddətdə evcil irqi degenerasiyaya aparacağı təəccüblüdür. Lakin insanın durumu xaric, heç kim ən pis heyvanların törəməsinə izn verəcək qədər cahil davrana bilməz.105

Yabanı insanların vücud və kəllə baxımından zəif olanları ələnir və sağ qalanların əksəriyyəti, həqiqətən, sağlam olurlar. Digər yandan biz mədəni insanlar ələnmə müddətinə mane olmaq üçün əlimizdən gələni edirik. Kəmağıllılar, şikəstlər və xəstələr üçün baxım evləri qururuq; yoxsulları qorumaq üçün qanunlar çıxarırıq; tibb alimlərimiz hər bir xəstəni yaşatmaq üçün sonadək bacardığını edir… Beləcə, mədəniləşmiş cəmiyyətlərin zəif fərdləri öz soylarını davam etdirirlər. Ev heyvanı bəsləyən heç kim bunun insan irqinə böyük zərər verəcəyindən şübhə etməz.106

Xəstə bir zehnin məhsulu olan bu hədyanlar irqçilərin, yevgeni tərəfdarlarının, müharibə çağırışçılarının və insanlığı böyük bəlalara sürüyən bir çox ideoloqun əsas düsturu olmuşdur. Darvin "İnsanın törəməsi" kitabının sonunda həyatda qalmaq üçün mübarizənin insanlığa faydalı olduğu, əks halda, insanın tənbəlləşəcəyi, həmçinin həyat mübarizəsində bacarıqlı insanların bacarığı daha az olanlara görə üstün mövqeyə gələ bilməyəcəkləri kimi bir çox elmdən kənar iddia qarşıya qoymuşdur.107

Darvin bütün bu yanlış nəzəriyyələri ilə yevgeni tətbiqlərinə zəmin hazırlamışdır. Təkamül nəzəriyyəsinin sözdə elmi həqiqət kimi görünməsi isə yevgenist və irqçi siyasətlərin qəbul edilib tətbiq edilməyə başlanmasına səbəb olmuşdur.

İngiltərədə yevgeni


Galtonun, barmaq izlərindən və üz formalarından günahkarların ortaq genetik xüsusiyyətlərini müəyyən etmək kimi məntiqsiz və nəticəsiz fəaliyyəti vardır.

İngiltərədə yevgeni vəhşiliyinin öndəri Darvinin daha əvvəl də bəhs etdiyimiz əmioğlusu F.Qalton idi. Darvinin oğlu Leonard Darvin də yevgeni azğınlığının İngiltərədəki müdafiəçilərindən və tətbiqçilərindən idi. Bundan başqa, U.Çörçil də yevgeni hərəkatına dəstək verənlərin arasında idi.108

Qalton "güclü olan həyatda qalır" qanununa tabe olmağı və yalnız ən güclü insanların dünyada qalmağına izn verilməsinin lazım olduğunu iddia etmişdi. Qaltonun bu elm və məntiq xarici tezisinə görə, insan insanın sözdə təkamülünü idarə edə biləcək və hətta daha üstün bir irq meydana gətirə biləcək mövqedə idi. Qalton yüksək sinfin və yüksək irqin üstünlüyü kimi yanlış fikirlərə inandığını açıq şəkildə ifadə etməkdən çəkinmirdi. Digər tərəfdən zənci irqinin aşağı zəka səviyyəsinə sahib olduğunu da iddia etmiş və belə demişdir:

... Zəncilər arasında yarım ağıllı kimi adlandırmağımız gərəkənlərin sayı olduqca çoxdur. Amerikada zənci kölələrdən bəhs edən hər kitab bunun nümunələri ilə doludur. Mən də Afrikaya etdiyim səyahətlər əsnasında gördüyüm bu həqiqət qarşısında çox təsirlənmişdim. Zəncilərin özləri ilə əlaqədar mövzularda etdikləri səhvlər o qədər uşaq kimi, axmaq və sadə idi ki, öz növümdən utanmağıma səbəb oldu.109

Bəzi it cinslərinin bəzi insan irqlərinə nisbətən daha yuxarı zəka səviyyəsinə sahib olduğu110yalanını müdafiə edəcək qədər irəli gedən Qalton zənci və kölələri qiymətləndirərkən çox açıq bir həqiqəti görməzlikdən gəlmişdi; kölələrlə əlaqədar kitabların bir çoxu kölə sahibləri tərəfindən yazılmışdı. Bundan başqa, kölələr özlərinə tamamilə yad bir cəmiyyətdə, heç bilmədikləri mədəniyyətdə yaşamağa başladıqları üçün bir çox davranış və hərəkəti yadırğamaları son dərəcə təbii idi. Afrikanın bir kəndinə yaşamağa gedən hər hansı bir avropalının da onların həyat şəkillərinə və mədəniyyətlərinə uyğunlaşmağa çalışarkən oxşar hərəkətlərə yol verməsi aydındır.

Daha önəmlisi, Qaltonun zəncilər və ya digər ölkələrə köç edən öz vətəndaşları üçün irəli sürdüyü iddialar heç bir elmi əsasa sahib deyildi. Bunlar dövrün primitiv şərtləri içində materialist dünyagörüşü ilə beyinləri yuyulan bəzi sözdə elm adamlarının və mütəfəkkirlərin xəyali fərziyyələrinə əsaslanaraq meydana gətirilmişdir.

Qaltonun ön mühakiməli və əsassız tezisləri bunlarla da məhdudlaşmırdı. Məsələn, sosial inkişafın reallaşması üçün zəkası və intellektual səviyyəsi aşağı olanların çoxalmalarının dayandırılması və digərlərinin çoxalmalarının təşviq edilməsinin lazım olduğunu da qarşıya qoymuşdu. Əks halda, sosial pozuntunun baş verəcəyini iddia edirdi. Halbuki, əsl sosial pozuntunun Qalton və bənzərlərinin ortaya qoyduqları qətliamlara, qarşıdurmalara və şiddətə əsaslanan həyat modelinin tətbiq edilməsi ilə yaşanacağı məlumdur. Qalton 1907-ci ildə Haksli Universitetində bir konfrans əsnasında: "Millətimizin beyinləri yuxarı səviyyəli siniflərimizdəki insanların arasında var", - deyə iddia etmişdi.111Qalton ayrıca, yuxarı sinfə aid uşaqların doğum əsnasında təyin olunmalarını və ailələrinə bu uşaqlar üçün 1000 funt ödənməsini təklif etdi. Yuxarı sinfin qadınlarına öz istəklərindən xaric bir oğlan və bir qız doğmalarını təklif etdi.112

Qaltonun özünə görə yuxarı sinif olaraq gördüyü insanların sayca çoxalmasının cəmiyyəti inkişaf etdirəcəyinə inanması ağıl və məntiqə zidd olan bir düşüncədir. Üstəlik, elmi də deyil. Bir cəmiyyəti inkişaf etdirən bir çox ünsür vardır. Amma bunların ən əhəmiyyətlisi cəmiyyəti meydana gətirən fərdlərin əxlaqı və xarakterləridir. Gözəl əxlaqa, güclü xarakterə sahib fərdlərdən ibarət olan cəmiyyətin inkişafı sürətli və davamlı olar. Bu xüsusiyyətlərin irsi olaraq fərddən fərdə köçürülməsi isə mümkün deyil. İçində yaşadığı cəmiyyətin, həqiqətən, irəliləməsini istəyən insanın önə çəkməli olduğu əsl mövzu müxtəlif mədəni və elmi proqramlarla fərdlərin mənəvi cəhətdən güclənməsini təmin etmək olmalıdır. Qalton və bənzərlərinin təsirli olduqları ölkələrdə insanlara sanki heyvan rəftarı etməklə zənginləri çoxaldıb kasıbları azaltmaq istəmələri, bunun üçün cinayəti belə qanuniləşdirməyə çalışmaları həm böyük zülm, həm də tərifi mümkün olmayan cəhalətdir.

Buna baxmayaraq, Qaltonun yönləndirilməsi ilə İngiltərədə yevgeni hərəkatının ilk fəaliyyəti doğuma nəzarətdə olmuşdur. Bu, yalnız təkamül nəzəriyyəsinin yanılmalarına inananlar tərəfindən sözdə aşağı insanlar kimi görülən kasıb xalqı və yenə özlərinə görə aşağı irqdən insanları hədəf alan bir işdir.

1920-ci və 30-cu illərdə kasıb xalqın sayının davamlı artdığını, orta və yüksək sinfə məxsus əhalinin artımının azaldığını və bunun böyük təhlükə olduğu düşünürdülər. Məsələn, C.Haksli 1925-ci ildə "Nature" jurnalında belə yazmışdı:

İstənilənlərin nisbəti azalarkən istənilməyənlərin nisbəti artır. Bu vəziyyət ələ alınmalıdır.113

Yevgenistlərə görə, istənilənlərlə istənilməyənlərin arasındakı tarazlığı qorumaq üçün atılan ilk addım sözdə irqi gigiyena olmalı idi. İrqi gigiyena üçün əvvəlcə kimlərin istənilən, kimlərin istənilməyən olduğunu təyin etmək lazım idi. Bu seçimi etmək üçün olduqca sadə və ağıla sığmaz yollara əl atılırdı. Məsələn, İngiltərə və ABŞ-da insanların başları ölçülməyə başlandı. Qaltonun öndərliyi ilə başlanan kampaniyalarla insanların başlarının böyüklüyü ölçülür, buna görə sözdə zəkaları təyin olunurdu. Ancaq baş ölçülərinin zəka ilə birbaşa əlaqəsinin olmadığı elm tərəfindən sonradan ortaya qoyulacaqdı.

Baş ölçmələrindən sonra zəka testlərindən istifadə edilməyə başlandı. Zəka testlərinin nəticələrinə görə, insanların sonsuzlaşdırılmasına, həyatı boyu nəzarətdə və idarə altında saxlanmasına qərar verildi. Ancaq növbəti illərdə istifadə edilən zəka testlərinin etibarlı nəticələr vermədiyi aydın oldu. Bundan başqa, bu test nəticələri qiymətləndirilərkən insanların yetişdiyi çevrənin şərtləri, aldığı təhsil kimi amillər heç nəzərə alınmır, yalnız o kəslərin irsi olaraq ağıllı olub-olmadığı nəticəsi əldə edilirdi. Bunlar, əsaslı olmayan, dövrün elmi cəhalətini əks etdirən qiymətləndirmələr idi. Onsuz da məqsəd, əslində, əsaslı nəticələr əldə etmək deyil, müəyyən şəkildə istənilməyən kütləni, yəni kasıbları, xəstələri və aşağı görülən irqləri ortadan qaldırmaq və ya təcrid etmək idi.

ABŞ-da yevgeni


Yevgenikanın öndə olanı adlarından H. Laughlin "irqi təmizlik elmi" mövzusundakı fəaliyyətlərinə görə Heidelberg Üniversitetindən qürur mükafatı almışdı. Bəhs olunan xəbəri dərc edən qəzet xəbəri.


New YorkdakıYevgenika Qeyd Ofisi (ERO) və Charles B. Davenport

Qaltonun ölümü ilə birlikdə yevgeni hərəkatının liderliyi Amerikaya keçdi. H.Qodard, H.F.Osborn, H.Laflin və M.Qrant Qaltonun amerikalı varislərindən yalnız bir neçəsi idi.

Yevgeni vəhşiliyini ABŞ-da dəstəkləyənlərin başında Rokfeller İnstitutu və Karneci Vəqfi gəlirdi. Rokfeller institutu Almaniyada yevgeni hərəkatının qabaqcıllarından K.Vilhelm İnstitutunu maliyyələşdirdi və irqi gigiyena mövzusunu vəzifə halına gətirən professor E.Rüdinə 1920-ci illərdə genetik araşdırmalar üçün xüsusi bina təsis etdi. Alman Ruhi Xəstələri Təmizləmə Hərəkatı böyük miqyasda Rokfeller İnstitutu tərəfindən dəstəkləndi. Ayrıca, Rokfeller institutundan Nobel mükafatı laureatı A.Karel almanların törətdiyi qətliamı coşğuyla alqışlamış və ruhi xəstələri ilə məhkumların toplu şəkildə qətl edilmələri vəhşiliyini heç çəkinmədən müdafiə etmişdir.114

Yevgeni azğınlığı Amerikada bir çox əyalətdə zəruri sonsuzlaşdırma qanunlarının qəbul edilməsinə səbəb olmuşdur. ABŞ-da cəmi 100 min nəfər (çoxu razı olmadan) sonsuzlaşdırıldı. 20-ci əsrin əvvəllərində Virciniyada 8.000 nəfərin "uyğun" olmadıqları səbəbi ilə sonsuzlaşdırılması yevgeni vəhşiliyinin ABŞ-da miqyasını göstərən yalnız bir nümunədir. Bu insanlıq xarici tətbiq 1974-cü ilə qədər bir çox əyalətdə qanuni idi.115

Amerikadakı yevgeni azğınlığının ən öndə gələn adlarından biri genetik Ç.B.Davenport idi. Davenport irsiyyət qanunları ilə darvinizmi birləşdirməyə çalışan məqalələri ilə tanınırdı. Hansı ki, bu məqalələrdə qarşıya qoyulan iddialar fərziyyədən kənara çıxmırdı. 1906-cı ildə Amerikan Yetişdiricilər Birliyi yevgeni üzərində işlər görmək üçün israr etdi. 1910-cu ildə "Yevgeni Qeyd Ofisi"ni (ERO) təsis etdi. ERO Təcrübi Təkamül Mərkəzi üçün ayrılan büdcənin 13-29 faizini götürürdü. Bu, ERO-nun dövrün digər elmi təşkilatlarına görə daha çox maliyyələşdiyini göstərir. Bu təşkilat yevgeni vəhşiliyini yaymaq üçün çalışan bir çox insana təhsil verdi. Verilən dərslərin başında təkamül nəzəriyyəsi və yevgeni qanunları gəlirdi. Şagirdlərə ayrıca, Stanford-Binet kimi yevgeni tətbiqlərində çox istifadə edilən bəzi zəka testlərinin necə tətbiq olunacağı və qiymətləndiriləcəyi də öyrədildi.116


Yevgenikanın "elmi" dayağı təkamül nəzəriyyəsidir. Yevgeniklərin, təkamül və yevgenika əlaqəsini vurğuladıqları bir plakat. Plakatda, "Yevgenika İnsanın Təkamülünü Özünün İstiqamətləndirməsidir" ifadəsi yazılır.

ERO tərəfindən öyrədilən şəxslər sahə işlərində məlumat toplamaqla vəzifələndirildilər. ERO topladığı bu məlumatlarla uyğun olmadığını düşündüyü şəxslərin evlənib uşaq sahibi olmalarına mane olmağı hədəf alırdı. 1924-cü ildə ERO tərəfindən sonsuzlaşdırma qanununun mətni hazırlandı. Bu mətndə xəstəliklər cinayət sayılaraq şəxslərin sonsuzlaşdırılması təklif edilirdi.


Amerika Yevgenika Cəmiyyəti əyalət düşərgələrində, yevgenika dərsləri verir və "ən uyğun" ailənin seçildiyi yarışlar təşkil edirdi.

İnsanların öz istəkləri xaricində zorla sonsuzlaşdırılması ağıl və vicdanın qəbul edəcəyi vəziyyət deyil. Genetik pozuntuları olanlar müxtəlif xəstəliklərə sahib olan insanlar, fiziki qüsurları olanlar, ağlı yerində olmayanlar şəfqət və mərhəmət duyulması lazım olan məzlumlardır. Din əxlaqının hakim olduğu cəmiyyətlərdə bu insanlar qorunar, ehtiyacları ən yaxşı şəkildə qarşılanmağa çalışılar. Yevgeni vəhşiliyini müdafiə edənlərin özlərinə görə "cinayətə meyilli" kimi təyin etdikləri insanları zorla sonsuzlaşdırmağa çalışmaları və ya onları yox etməyi hədəfləmələri də zülmdən başqa bir şey deyil. Bu insanlar lazımi mədəniyyət proqramlarına daxil edilməklə öyrədilə bilər, cəmiyyətə faydalı hala gətirilə bilərlər. Söz mövzusu insanların islah edilməsinin çətin olduğu vəziyyətlərdə belə bu şəxslər yox edilməyə çalışılmamalı, ən vicdani və ədalətli həllər axtarılmalıdır.

Necə ki, sonrakı dövrlərdə amerikalı fikir öndərləri və cəmiyyətdəki sağlamdüşüncəli insanlar yevgeninin tam mənası ilə vəhşilik olduğu həqiqətinin fərqinə varmışlar və lazımi tədbirləri alıb bu vəhşiliyin tətbiq edilməsinin qarşısını almışlar. Hansı ki, həmin ərəfədə nasistlər sonsuzlaşdırma ilə əlaqədar ilk tətbiqlərində amerikan qanunlarını nümunə götürüb 2 milyon insanı zorla sonsuzlaşdırmışlar.117

Bura qədər nəzərdən keçirilən nümunələrdə açıq şəkildə göründüyü kimi, sosial darvinizmin yalan və hiylə dolu təlqinləri ilə insanların bir-birlərinə qarşı laqeyd yanaşmasına və acıma, mərhəmət hissləri tamamilə götürülərək sanki bir heyvan kimi davranmasına çalışılır. Bu, din əxlaqının insanlara qazandırdığı gözəl xüsusiyyətlərə və dəyərlərə tamamilə ziddir. Quranda əmr edilən əxlaqda zəif, baxıma möhtac, kimsəsiz və ya xəstə insanlara baxım, şəfqət və fədakarlıqla qorunmaları vardır. Allah iman edənlərə istənilən şərtlərdə özlərindən əvvəl başqalarının rahatlığını təmin etmələrini, daima səbir etmələrini və həmişə fədakar olmalarını əmr edir. Allah Quranda səbir edib yaxşılıq edənləri belə müjdələyir:

Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.

(Deyərlər:) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!"

Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. Və onları etdikləri səbir müqabilində cənnətlə və ipəklə mükafatlandıracaqdır. (İnsan surəsi, 8-12)

Nasist Almaniyasında yevgeni

İan Kerşou tərəfindən yazılan və 1998-ci ildə nəşr olunan A.Hitlerin bioqrafiyasında 1920-ci illərin Almaniyasında sosial darvinizmin yevgeni və faşizmlə birgə keçdiyi ifadə edilir və belə deyilir:

İnteqral nasionalizm, nasional sosializm, sosial darvinizm, irqçilik, bioloji anti-semitizm, yevgeni, elitizm fərqli ölçülərdə bir-birləri ilə qarışdılar...118

Elm tarixindəki səhvlər üzərində çalışan R.Yanqsonayz bir qiymətləndirməsində nasist qətliamlarının təməlində yevgeni fikrinin yer aldığı və yevgeninin tarixin ən böyük elmi yalanlarından biri olduğunu belə ifadə edir:

Yevgeninin bu qaranlıq yönünün nəticəsi A.Hitlerin saf aryanların evlənmələrini təşviq edərək və az inkişaf etmiş genlərə sahib olduqlarını iddia etdiyi altı milyon insanı öldürərək "ali irq"i çoxaltmağı təcrübə etməsi idi. Qaltonu soyqırım səbəbi ilə, hətta bu mövzunu müdafiə etməsinin gətirəcəyi nəticələri qabaqcadan görməsindəki müvəffəqiyyətsizliyi səbəbi ilə günahlandırmaq lap ədalətli olmaz. Lakin yenə də Qalton qəti şəkildə yevgeninin əsas memarı idi və Hitlerdə bu fikir mübtəlalıq halına gəlmişdi. Dolayısilə, nəticə baxımından bu görüş bütün dövrlərin ən böyük elmi səhvlərindən biri kimi xarakterizə edilə bilər.119

Yanqson Qaltonun ağıl və elmə zidd fikirlərini yalnız elmi səhv olaraq səciyyələndirməklə, əslində, "yaxşı niyyətli" yanaşma sərgiləyir. Qalton və bənzərlərinin qarşıya qoyduqları iddialar dünya tarixində görünməmiş vəhşilik və qətliamın əsasını meydana gətirmiş qorxunc dünyagörüşüdür. Nasist Almaniyası sosial darvinist dünyagörüşü cəmiyyətlərə tam şəkildə tətbiq olunduğunda necə böyük fəlakətlərin yaşanacağını görmək baxımından tarixi bir ibrət hadisəsidir.


Ari irqdən olmadıqları üçün bir çox uşaq qayğıdan, sevgidən məhrum edilir, hətta müxtəlif bəhanələrlə öldürülməyə və ya qısırlaşdırılmağa çalışılırdı.

Nasistlər özlərinə görə aryan irqini "ləkələyən" hər irqi, hər bir "aşağı", "nöqsan", "qüsurlu" və "xəstə" insanı öldürməyi dövlət siyasəti olaraq qəbul etmişdilər. Hitler bu mərhəmətsizliyin səbəbini özünə görə belə açıqlayırdı:

Çürüyəcək insanlar... təbiət uzun vədədə zərərli ünsürləri ortadan qaldıracaq. İnsan bütün canlıların qarşılıqlı şəkildə bir-birlərini yox etmələrini istəyən bu təbiət qanununa nifrət edə bilər. Quş bir cırcıramanı udar, həmin quşu sonra özündən daha böyük bir quş udar... Təbiətin qanunlarını bilmək onlara tabe olmağımıza imkan verər.120

Hitler təbiətdəki ekoloji tarazlığı təmin edən bəzi hadisələrə baxıb bunun insanlar üçün də etibarlı olduğunu önə sürməklə yanılmışdı. Heyvanların bir başqasını yem olaraq görməsi insanların da özlərindən gücsüz gördüklərini mərhəmətsiz şəkildə yox etmələri mənasını verməz. Heyvanlar şüuru olmayan varlıqlardır. İnsanlar isə ağıl, şüur və vicdan sahibidirlər və yaxşı ilə pisi, doğru ilə səhvi bir-birindən ayırd etmək və hadisələri qiymətləndirmək qabiliyyətinə sahibdirlər. İnsanların heyvani həyat sürməsinin gərəkdiyini iddia edənlər isə ancaq Hitler kimi ruhi çatışmazlıqlarına özlərinə görə qanuni zəmin yaratmağa çalışanlardır. Necə ki, Hitler bu yalanları böyük mübtəlalıq halına necə gətirdiyini bu sözləri ilə də ifadə edirdi:

Əgər müqəddəs bir əmri qəbul etsəm, o, bu olar: "Sən növləri qoruyacaqsan". Fərdin həyatına yüksək qiymət verilməməlidir. Əgər fərd təbiətin gözündə əhəmiyyətlidirsə, təbiət onu qorumaq üçün lazımi marağı göstərəcək. Bir ağcaqanadın qoyduğu milyonlarla yumurtanın içindən çox azı yumurtadan çıxır, amma yenə də ağcaqanad irqi inkişaf edir.121

Halbuki, hər insanın həyatı irqindən, cinsiyyətindən və dilindən asılı olmayaraq qiymətlidir. Vicdan sahibi olan insan irqinə və ya sahib olduğu fiziki xüsusiyyətlərinə baxmadan bütün insanları qorumaq üçün əlindən gələni etməlidir. Hitlerin və digər nasist ideoloqlarının insan həyatını bu qədər dəyərsiz görmələrinin və digər millətlərə qarşı duyduqları kin və intiqam hisslərinin insanlığın başına hansı böyük fəlakətlər gətirdiyini isə İkinci Dünya Müharibəsi bütün insanlara göstərmişdir. Bundan başqa, Hitlerin azğın dünyagörüşü yalnız digər irqlər üçün deyil, Hitlerin öz vətəndaşları üçün də böyük bəlaya çevrilmişdir. Almaniyada məşhur şəkildə tətbiq olunan yevgeni bunun nümunələrindən biridir.

Almaniyada yevgeni hərəkatının böyüməsi

1900-cü ildə alman sənayeçi A.Krup tərəfindən ən yaxşı məqalə müsabiqəsi təşkil edildi. Müsabiqədə "Daxili siyasəti inkişaf etdirmək və qanunlara tətbiq etmək üçün darvinizmin qanunlarından nə öyrənə bilirik?" mövzusu haqqında yazılan ən yaxşı məqaləyə mükafat veriləcəkdi.

Kaiser-Wilhelm İnstitutunun yevgenika ilə bağlı işlərindən
bir nümunə

Müsabiqəni V.Şolmeyer qazandı. Şolmeyer mədəniyyət cəmiyyətini, əxlaqı və hətta doğru və səhvi özünə görə həyat mübarizəsi anlayışı ilə açıqlamağa çalışırdı. Bütün qanunların bu anlayışlara uyğunlaşdırılmasının lazım olduğunu, beləliklə, ağ irqin Avstraliya aborigenləri ilə eyni səviyyəyə düşməsini önləyəcəyini, cəmiyyətin fiziki və zehni baxımdan zəif insanları qoruduğu müddət ərzində geriləmənin qaçılmaz olduğunu iddia edirdi. İrqi gigiyena vəhşiliyinin Almaniyadakı qurucusu və sosial darvinist A.Plotz Şolmeyerin yanlış fikirlərinin hamısını dəstəklədiyini və ağ irqin qorunmasının lazım olduğunu açıqladı. Məsələn, müharibə vaxtı irqin qorunması üçün yalnız irqi baxımdan aşağı olan insanların ön cəbhəyə göndərilməsini israrla müdafiə etdi. Ön cərgədə döyüşən əsgərlər, ümumiyyətlə, öldürüldükləri üçün, sözdə işə yaramayan zəiflər öldüyü halda, üstün olanların həyatda qalacaqlarını iddia edirdi. Daha irəli gedərək doğum əsnasında bir həkim qrupunun olmağını və körpənin yaşamaq üçün kifayət qədər uyğun olub-olmadığına qərar vermələrini, uyğun olmadığı təqdirdə uşağı öldürmələrini təklif etdi.122

Yuxarıdakı dəhşət verici təkliflər nasist iqtidarından əvvəl yevgeni hərəkatının atılmış ilk addımları idi. 14 iyul, 1933-cü ildə nasist partiyasını iqtidara gətirən mart seçkilərindən yalnız 4 ay sonra yevgeni və sözdə zehni gigiyena hərəkatı getdikcə yayılmağa başladı. O tarixdən əvvəl yevgenik məqsədlərlə sonsuzlaşdırma tətbiq olunsa da, qanuna zidd idi. Artıq gələcək nəsillərdə irsi xəstəliklərin qarşısının alınması qanunu, əsl adı ilə sonsuzlaşdırma qanunu daxilində yevgenik vəhşiliyin sərbəst tətbiq olunmasına icazə verilirdi. Bu zalımlığın baş memarı Münhen Universitetində psixiatriya professoru Kayzer-Vilhelm İnstitutunun rəhbəri professor E.Rudin idi. Rudin sonsuzlaşdırma qanunu qəbul edildikdən qısa müddət sonra nasist partiyasından bəzi vəkil və mütəxəssislərlə birlikdə qanunun mənasını və məqsədlərini izah edən bir şərh nəşr etdi. Qanunun məqsədi xülasə ilə alman idealına çatmaq üçün xalqın saf olmayan və istənməyən ünsürlərdən təmizlənməsinin təmin edilməsi idi.

Yazıq və qorunmağa möhtac olan bu insanların yevgeni dəhşətinin önə sürdüyü insanlıq xarici rəftarlara məruz edilmələri ancaq sosial darvinizmin yalanları ilə aldanmış insanlar tərəfindən qəbul edilən vəziyyətdir. Bu insanların hər biri köməyə ehtiyacı olan xəstəlik və acizliklərə malikdir. Aciz insanlara istədikləri kimi davrana biləcəklərini düşünən nasistlər iqtidarda olduqları dövr boyu dəhşət verici səhnələrin yaşanmasına səbəb olmuşlar.

Almaniyada tətbiq edilməyə qoyulan bu primitiv qanuna görə, sonsuzlaşdırma şəxsin razılığı olmadan da edilirdi. Rəsmi bir həkim polisin köməyi ilə, lazım gəldikdə güc tətbiq etməklə sonsuzlaşdırmağa qanuna görə haqq sahibi idi. Amerikalı sosial darvinist, irqçi və nasist tərəfdarı L.Stodard "Qaranlığa doğru-indiki dövrdə nasist Almaniyası" adlı kitabında Almaniyaya səfəri əsnasında yevgeni məhkəmələri haqqındakı təəssüratlarından danışır. Stodard xalq sağlamlıq xidmətlərinin vərəm bölməsindən bir vəzifəli ilə söhbətində özünə bunların deyildiyini ifadə edir:

Vərəm xəstəsinə tətbiq olunan müalicə o adamın sosial dəyərinə görə təyin olunur. Əgər dəyərli vətəndaşdırsa və müalicəsi mümkündürsə, heç bir xərcdən çəkinmirlər. Əgər müalicəsinin olmadığına qərar verilirsə, yaşatmaq üçün heç bir şey edilmir. Çünki onu yaşatmaq nə özünə, nə də cəmiyyətə fayda gətirməyəcək. Almaniya ancaq müəyyən sayda insanı doydura bilər. Biz nasional sosialistlər yalnız sosial və bioloji dəyəri olan insanlara baxmaqla məsuluq.123

İslam əxlaqında isə insanlar maddi imkanları və mövqeləri nə olursa olsun, müalicə imkanlarından bərabər faydalanma hüququna sahibdirlər. Bir insanı bəzi fiziki qüsurlarından və ya varlı olmadığından dolayı ölümə tərk etmək açıq şəkildə cinayət işləməkdir. Bunu sosial sahədə tətbiqə cəhd etmək isə kütləvi qırğın törətmək mənasını verir.

Nasist Almaniyasında sonsuzlaşdırma qanunu getdikcə daha da genişləndirildi. 24 noyabr, 1933-cü ildə ictimai əxlaqa qarşı çıxmağı vərdiş halına gətirənlərin də sonsuzlaşdırılmalarına qərar verildi. Nasistlərin irqi çirklənmə tezisləri, beləliklə, ictimai əxlaqa qarşı çıxma cinayətini də əhatə edirdi. Növbəti illər nasional sosialistlərin qorxunc planlarının yalnız sonsuzlaşdırmadan ibarət olmadığını da göstərəcəkdi.

Nuremberq qanunları


Nasistlərin Ari irq təbliğatı üçün istifadə etdikləri plakatlardan biri.

Nasistlərin əsl hədəfi üçün sonsuzlaşdırma qanunu kifayət etmirdi. Sözdə təmizlənmiş aryan irqini meydana gətirmək üçün 1935-ci ildə Nuremberq qanunları çıxarıldı. Bu qanunlar vəhşiliyin yazılmış halı idi. Söz mövzusu qanunlarla aryan irqinin sözdə təmizlənəcəyi mübtəlalığı qəbul edilmişdi.

İrqi təmizləmə işləri ilk olaraq dövlət məmurlarının soylarının araşdırılması ilə başladı. Aryan irqinə aid olmadığı düşünülən məmurlar təqaüdə çıxmağa məcbur edildilər. Nuremberq qanunları alman xalqını iki yerə ayırırdı. Dövlətə tabe olanlar və siyasi haqlar da daxil olmaqla tam vətəndaşlıq haqqına sahib olanlar. Yəhudilər, qaraçılar və digər irqlərdən olanlar yalnız tabe olanlar idi, vətəndaşlıq haqlarına sahib deyildilər. Nuremberq qanunlarının ikincisi olan "Alman qanını və alman şərəfini qoruma qanunu" (qısa şəkildə qan qoruma qanunu kimi bilinir) xalqın sözdə irqi saflığını zəmanət altına almağı məqsəd güdürdü. Yeni qanuna görə, alman vətəndaşları ilə alman tabeləri arasında evlilik cinayət sayılırdı. Bundan başqa, bu qanun istənməyən fərdlərin təcrid edilmələri üçün gələcək tətbiqlərə əsas təşkil edirdi.

Üstün irqi təyin etmə proqramları

Yevgeni proqramında ilk addım nasistlərin yanılmalarına görə üstün və qorunacaq irqin hansı xüsusiyyətlərə sahib olduğunu təyin etmək idi. Buna görə, üstün irqin xüsusiyyətləri belə idi:

Sarışın, uzun boylu, uzun başlı, dar üzlü, güclü çənəli, dar və donqar burunlu, yumşaq saçlı, açıq rəngli gözlü və çəhrayı-ağ dəri rənginə sahib.124

Xəstə bir zehnin məhsulu olduğu aydın olan bu və bənzəri meyarlar həm elmə ziddir, həm də əxlaqi baxımdan qəbul edilməzdir. Daha əvvəl də vurğuladığımız kimi, insanları bədənlərinin, gözlərinin, saçlarının rənginə görə seçmək heç bir məntiqi və ya əxlaqi dəyərlə açıqlana bilməz.

Kəllə ölçüləri, saç rənginin müəyyənləşdirilməsi, ciyərin həcmi və barmaq izləri yevgenik məqsədlər üçün istifadə edilir, "üstün" olmadığı düşünülən insanlar bu cür müəyyən edilirdi.

Təyin olunan bu ağıl xarici meyarlara baxmayaraq, nasistlərin irqləri bir-birindən ayırmaları o qədər asan olmurdu. Bunun üçün kəllə ölçmək, elmi dəyəri olmayan bəzi zəka testləri tətbiq etmək daxil olmaqla, bir çox primitiv metodla insanlarda müxtəlif ölçülər apardılar. Lazımi üstün irq xüsusiyyətlərinə sahib olduqlarını düşündükləri qadınlar xüsusi evlərdə saxlandılar və bu primitivlik davam etdiyi müddət boyu nasist zabitləri tərəfindən hamilə qoyuldular. Bu qeyri-əxlaqi "insan yetişdirmə fermaları"nda ataları müəyyən olmayan uşaqlar dünyaya gəldi. Bu uşaqlar sözdə üstün alman irqinin gələcək nəsli idi. Ancaq bu fermalarda heç gözlənilməyən nəticə alındı. Bu fermalarda doğulan uşaqların İQ testi (zəka dərəcəsi) orta hesabla ata-analarından daha aşağı idi.125

T4 evtanaziya proqramı: elmi cinayətlər

Nasistlər bütün bu qanunlarla birlikdə inanılmaz tətbiqlərin təməllərini atmış oldular. İnsanlıq üçün utandırıcı olan bu tətbiqlərdən biri də "zehni xəstələrin kütləvi qırğını" olaraq açıqlanan "T4 evtanaziya proqramı" idi. Proqram, adını tətbiqin icra edildiyi mərkəzin Berlindəki ünvanının baş hərflərindən götürülmüşdü: Tiergartenstrasse 4.

Nasist Almaniyasında evtanazi sözdə irqi təmizliyi təmin etmək üçün sonsuzlaşdırmadan sonra əl atılan ikinci üsul halına gəlmişdi. T4 evtanazi proqramı daxilində müalicəsi mümkün olmayan, fiziki və ya zehni əlil, ruhi problemləri olan insanlar və yaşlılar öldürüldülər. Bir tərəfdən qaz otaqlarında günahsız körpələr, qadınlar, yaşlılar yalnız fərqli irqdən olduqları üçün soyqırıma məruz edilərkən, digər tərəfdən də eyni irqdən olmalarına baxmayaraq, zəif və gücsüz göründükləri üçün minlərlə məzlum mərhəmətsiz şəkildə qətl edilirdi. Hitler bu mərhəmətsiz proqramı 1939-cu ildə başlatdı və 1941-ci ilə qədər rəsmi olaraq bu tətbiq davam etdi. Ancaq cinayətlər 1945-ci ildə nasistlərin məğlubiyyətinə qədər qeyri-rəsmi olaraq davam etdirildi.

Hitler Nasist Almaniyası üçün gənclərin önəminin fərqində idi. Nasizmin azğın təlkinləri ilə yetişən yeni nəslin Hitlerin ardıcılları olması planlaşdırılırdı. Buna görə də Hitlerin təbliğatçılarının xüsusi ixtisas sahələrindən bir də gənclər oldu. Yüksək fiziki xüsusiyyətlərə malik bəzi gənclər xüsusi yevgenik düşərgələrdə bir yerə yığışır və bu düşərgələr xüsusi çoxalma fermaları kimi istifadə edilirdi. Çox azğın və əxlaqdan kənar bu üsulla, Alman xalqının daha saf və daha üstün olacağına inanılmışdır. Digər tərəfdən gənc beyinlər nasizmin azğın fikirləri ilə yuyulur, gənclər kor koranə bu idealogiyaya bağlanırdılar.Uşaqlıqdan etibarən nasizmin batil təlqinləri ilə zəhərlənən bu gənclər nəyin doğru nəyin yanlış olduğunu belə ayırd edə bilməyən vəziyyətə gətirilirdilər.

T4 "Gizli alman hökumət məsələləri" kimi bilinən əmr və tədbirləri də ehtiva edirdi və bunların yerinə yetirilməsində vəzifəli olan şəxslər susmağa məcbur idilər. Nasist dövründəki evtanazi tətbiqləri mövzusunda çoxlu məlumatın əldə olunmamasının önəmli səbəblərindən biri bu proqram daxilində öyrədilən və istifadə edilən personalın daha sonra müharibənin ən təhlükəli cəbhələrinə əsgər olaraq göndərilmələri idi. Bunlardan biri Yuqoslaviya cəbhəsi idi. Bu ölkədəki müqavimətçi partizanlar əsir götürməyin yerinə bütün düşmən əsgərlərini öldürmələri ilə tanınırdılar. Evtanazi şahidlərinin böyük əksəriyyəti də bu cəbhəyə göndərilib ortadan qaldırılmışdı.

Almaniyada sözdə irqi təmizliyin qurucusu A.Plotz "İrqi təmizliyin əsas icmalı" adlı kitabında xəstə və əlillərin öldürülməsindən ilk bəhs edənlərdən biri oldu. Plotzın azğın məntiqinə görə, zəif və xəstələrin qorunmaları və baxılmaları irqin qorunması və təmizliyi baxımından son dərəcə səhv idi. Bu azğın düşüncəyə görə, zəiflər ələnmələri gərəkən yerdə qorunub yaşadılırdılar. (Halbuki, sağlam cəmiyyətdə edilməsi lazım olan budur. Zəif olanlar qorunar.) Plotz əlil və ya qüsurlu doğulan bir körpənin həkim heyəti tərəfindən verilən az dozalı morfi ilə dərhal öldürülməsinin lazım olduğunu qarşıya qoyacaq qədər də zalım idi.

Plotzı digərləri də təqib etdi. 1922-ci ildə hüquqşünas K.Bindinq və psixiatr A.Hok "Dəyərsiz həyatın yox edilmə izni" adında evtanaziyanı müdafiə edən kitab nəşr etdilər. Kitabda xəstə və əlillərin həm özlərinə, həm də cəmiyyətə yük olduqlarını və ölmələrinin böyük itki olmayacağını, bu "işə yaramaz" insanları həyatda saxlamağın xərcinin yüksək olduğunu və dövlətin bu pulu daha məhsuldar mövzulara xərcləyə biləcəyini iddia etdilər. Özlərinə görə həll olaraq fiziki və zehni əlillərin öldürülmələrinin lazım olduğunu irəli sürdülər və bunun üçün dini və qanuni maneələrin ortadan qaldırılmasını istədilər.126 Hokun ağıl xarici fərziyyələrindən biri də insan həyatının qorunması ilə əlaqədar əxlaqi dəyərlərin yaxında yox olacağı, "lazımsız" həyatların yox edilməsinin cəmiyyətin həyatda qalması üçün zərurət halına gələcəyi idi.127

Bunun necə qorxunc təklif olduğunu daha yaxşı anlamaq üçün söz mövzusu insanların qarşıya qoyduqları modellərin tətbiq edildiyi bir cəmiyyətdə olduğumuzu düşünmək kifayət edər. Qulaqları eşitməyən bir bacınız, gözləri görməyən ananız, ruhi problemləri olan bir qonşunuz, ayaqları tutmayan babanız, müalicəsi mümkün olmayan xəstə nənəniz, yaşlanan atanız gözlərinizin qarşısında ölümə aparılsa və bu vəhşiliyi edənlər bunu sözdə elm adına və cəmiyyətin yaxşılığı üçün etdiklərini iddia etsələr, nə düşünərdiniz? Şübhəsiz, bu iddialarının heç bir elmi tərəfi olmadığını çox yaxşı anlayıb sevdiyiniz və dəyər verdiyiniz insanların qətl edilmələrinin zülm olduğunu bilərdiniz. Bu iddiaların xəstə zehinlərin məhsulu hədyanlar olduğunu qavramağınız çətin olmazdı. Tətbiq olunan vəhşiliyin sizə və bütün tanışlarınıza tərifi mümkün olmayan acılar yaşadacağı da məlumdur. Budur, başda nasist Almaniyası olmaqla, yevgeni isteriyasına düşən bir çox cəmiyyətdə belə acılar yaşanmış, bu cinayətlər söz mövzusu cəmiyyətlərin vicdanlarında dərin yaralar açmışdır.


Hitlerin hər cür siyasətinin, insanları ölümə və vəhşiliyə apardığını təmsil edən 1945-ci ilə aid karikatura.

Unutmaq olmaz ki, təkamülçülərin yaşanan zülmlərin böyüklüyünü görməzlikdən gəlib insanlara unutdurmağa çalışmaları və ya bu cinayətləri yox saymaq üçün cəhd göstərmələri boş yerədir. Üstü nə qədər örtülməyə çalışılsa da, həqiqətlər ortadadır. Darvinizmin yalanlarının meydana gətirdiyi ideoloji zəmin səbəbi ilə insanlıq böyük acılar yaşamış və böyük itkilər vermişdir.

Eyni dövrdə evtanazi vəhşiliyi yalnız Almaniyada deyil, başda ABŞ olmaqla bir çox ölkədə yayılmağa başladı. ABŞ-da Rokfeller İnstitutundan A.Karelin 1935-ci ildə "Bilinməyən insan" adlı kitabı nəşr olundu və bu kitab üç il içində doqquz ayrı dilə çevrildi. Karel kitabının "İnsanın yenidən düzəldilməsi" adlı son hissəsində sosial problemlərə sözdə həll kimi yevgeni və evtanazini göstərdi. Zehni xəstələrin və günahkarların uyğun qazların saxlanıldığı kiçik evtanazi institutlarında öldürülmələrinin lazım olduğunu söyləyib cinayəti bu sözlərlə müdafiə etməyə çalışırdı:

Çoxlu sayda əlil və günahkarın olması həll edilməmiş problemdir. Bunlar normal əhali üçün böyük yükdür. Daha əvvəl də diqqət çəkdiyim kimi, həbsxanaların və ruhi xəstəxanaların baxımını təmin etmək və xalqı qanqsterlərdən və ruhi xəstələrdən qorumaq üçün böyük məbləğlərə ehtiyac vardır. Niyə bu lazımsız və zərərli varlıqları qoruyuruq? Anormal olanlar normal olanların inkişafına mane olurlar. Bu həqiqətlə dürüst şəkildə üzləşmək lazımdır. Cəmiyyət niyə günahkarlardan və ruhi xəstələrdən iqtisadi yanaşma ilə xilas olmur? Məsulu məsuliyyətsizdən ayırmaq üçün çalışmağa, günahkarı cəzalandırmağa, cinayət törətməsinə baxmayaraq əxlaqi baxımdan günahsız olduğu düşünülənləri ayrı tutmağa davam edə bilmərik.

İnsanları mühakimə edəcək qədər kafi deyilik. Ancaq cəmiyyət problem yaradan təhlükəli ünsürlərə qarşı qorunmalıdır. Bu, necə edilə bilər? Əlbəttə, gerçək sağlamlığın daha böyük və elmi baxımdan daha inkişaf etmiş xəstəxanalar inşa etməklə təmin edilə bilməyəcəyi kimi, daha böyük və daha rahat həbsxanalar tikməklə bunu edə bilmərik. Almaniyada hökumət aşağı növlərin, ruhi xəstələrin və günahkarların çoxalmasına qarşı təsirli tədbirlər almalıdır. İdeal həll bu tip bütün fərdlərin təhlükəli olduqları isbat edildikdən dərhal sonra ortadan qaldırılmalarıdır...

Bundan sonra günahkarlara qarşı da təsirli bir mübarizə aparmaq lazımdır. Bəlkə də həbsxanalar qaldırılmalıdır. Daha kiçik və az xərci olan təşkilatlar bunların yerini ala bilər. Əhəmiyyətsiz cinayətlərə görə haqqında hökm çıxarılmış günahkarların (daha sonra qısa müddətli xəstəxanada qalmaları şərti ilə) qamçılanmaqla və ya başqa elmi üsullarla islah edilmələri nizamın təmin edilməsi üçün böyük ehtimalla kafi olar. Daha böyük cinayət işləyənlər lazımlı qazların saxlandığı kiçik evtanazi təşkilatlarında insani şəkildə və xərci az olan üsullarla yox edilməlidirlər. Bənzər üsul cəza tələb edən bir cinayəti olan, ağlı yerində olmayana da tətbiq oluna bilər. Müasir cəmiyyət özünü normal fərdlərə uyğun şəkildə təşkil etmə mövzusunda tərəddüdə qapılmamalıdır. Fəlsəfi sistemlər və emosional ön mühakimələr belə bir ehtiyaca gətirib çıxarmamalıdır. İnsan şəxsiyyətinin inkişafı mədəniləşmənin son məqsədidir.128

Dr. Karel kitabında günahkarların və cəmiyyətə zərər verdiyi düşünülən insanların qətl edilmələrinin ən yaxşı və ən iqtisadi həll olduğunu iddia edir. Daha əvvəl də ifadə edildiyi kimi, sosial darvinizm cəmiyyətin problemlərinə həll axtararkən hadisələrin insani ölçülərini göz önündə tutmur, son dərəcə mexaniki, insanlıqdan kənar, mərhəmətsiz, zalım və insan vicdanına qəti uyğun gəlməyən tədbirlər qarşıya qoyur. İnsanların, xüsusilə də sözdə istənməyən insanların heyvan və ya əşya kimi qəbul edilməsinin lazım olduğunu iddia edir.

Burada bu mövzunu açıqlamaq lazımdır: cinayət və cinayət törədənlərlə mübarizə cəmiyyətlər üçün son dərəcə əhəmiyyətlidir. Bu mübarizə, şübhəsiz, fikri sahədə icra edilməlidir. Həm cinayət törətməyə zəmin hazırlayan mühitlər ortadan qaldırılmalı, həm də cinayət törədən insanlar müxtəlif mədəni və öyrədici proqramlarla cəmiyyətə qaytarılmağa çalışılmalıdır. Darvinizmin insanı bir növ heyvan kimi göstərən yalanları hər cür cinayətə zəmin hazırlayır və cinayəti, oğurluğu, təcavüzü və hər cür pisliyi sözdə qanuniləşdirir. İnsanlara əvvəl cinayət törətməyi özlərinə məqbul göstərmək, sonra da cinayət törətdikləri üçün onları qətl edib cəzalandırmağı qarşıya qoymaq izahı olmayan bir vəziyyətdir. Buna görə, kifayət qədər bilgi sahibi olmadıqları və ya bu iddiaların səbəb olacağı fəlakətləri düşünmədikləri üçün təkamül nəzəriyyəsini müdafiə etməyə davam edənlərin təhlükənin ölçülərinin fərqinə varmaları son dərəcə əhəmiyyətlidir. Cinayət törədənləri öldürmək yolu ilə cəmiyyətə rifah gətirməyə çalışmaq son dərəcə vəhşi və barbar bir üsuldur. Cinayət nisbətini və günahkar insanların sayını azaltmanın ən təsirli və qalıcı yolu cəmiyyəti mənəvi baxımdan gücləndirmək, məlumatlandırmaq, həyat şərtlərini inkişaf etdirmək, rifah səviyyəsini artırmaqdır. Ən əhəmiyyətlisi, cəmiyyətin dini inancını, Allah qorxusunu və sevgisini gücləndirməkdir. Allah`dan qorxan, öldükdən sonra dünya həyatında etdiklərinin qarşılığını cəza və ya mükafat olaraq alacağını bilən, Allah`ı sevən bir insan Allah`ın yaratdıqlarını da sevər. Digər insanlara sevgi ilə yanaşar və hörmət edər, daima gözəl əxlaq göstərər. Bu anlayış bir cəmiyyətdə nə qədər yerləşərsə, o cəmiyyət o qədər rifah və hüzur içində olar, inkişaf edib irəliləyər.

Hitlerin cinayətlərə icazə verən gizli əmri

Nasist Almaniyasında çıxarılan irqçi qanunlardan sonra sıra xalqa yevgeni tətbiqlərini, xüsusilə evtanazini qəbul etdirməyə gəlmişdi. Buna görə, çox müxtəlif təbliğat üsulları istifadə edildi. Bu üsulların başında filmlər gəlirdi. Məqsəd insanları "bu qədər çox işə yaramaz insanı yaşatmaq üçün niyə bu qədər çox səy göstərilsin ki" yalanına inandırmaq idi. Qəzetlərdə zehni əlillər üçün nə qədər pul xərcləndiyinə və bu pulun başqa hansı faydalı işlərdə istifadə edilə biləcəyinə dair xəbərlər və yazılar nəşr olundu. Başlanan kampaniya o qədər böyük idi ki, məktəb kitablarına qədər gedib çıxdı.129


"Hitlerin Əmri" olaraq xatırlanan bu səlahiyyət sənədində Hitler nasist həkimlərə lazım bildikləri xəstələri öldürmək səlahiyyəti verir. Bu səlahiyyət nasist həkimlərinin etdikləri cinayətlərə dırnaq arası "qanuni" dayaq meydana gətirmişdir.

1938-ci ilin sonunda Almaniyada ilk evtanazi tətbiqləri başladı. 1938-ci ilin sonlarına doğru Leypsiqdən Knauer adlı birisi A.Hitlerə bir məktub göndərdi. Məktubda kor, əqli zəif və üzvləri nöqsan doğulan uşağının həyatına son vermək üçün həkim istədiyini yazdı. Məktubuna cavab olaraq Hitler xüsusi həkimi professor K.Brandtı Leypsiqə göndərdi və nəticədə, uşaq həkimlər tərəfindən öldürüldü.130

Hitler K.Brandt və F.Buhlerə xüsusi vəziyyətlərdə evtanaziyə icazə vermə səlahiyyəti verdi. "Hitlerin əmri" olaraq xatırlanan səlahiyyət sənədində belə deyilirdi:

Buhler və Brandt adla təyin olunacaq bəzi həkimlərin səlahiyyətlərini genişləndirməklə məsuldurlar. Buna görə, xəstəlik vəziyyətlərinin tədqiq edilməsindən sonra insan ağlı (bu xəstələr üçün) mərhəmətli ölüm üçün qərar verə bilər.İmza, A.Hitler.131

Cinayəti gündəlik həyatın bir parçasına çevirən bu səlahiyyət nasist Almaniyasının psixiatrları tərəfindən işlənən cinayətlərə qanuni əsas təşkil etməklə qalmamış, daha sonra Nuremberq məhkəmələrində və digər bəzi məhkəmələrdə müttəhimlərin bu səlahiyyəti bir əmr olaraq izah etmələri törətdikləri qırğınları sözdə yüngülləşdirən səbəb olaraq qarşıya qoyulmuşdur.

T4 evtanazi proqramı necə tətbiq olundu?

1939-cu ilin ortalarında evtanazi proqramı ilə əlaqədar hazırlıqların son mərhələsi başlanmışdı. Psixiatriya komitəsi və məşvərətçilər tərəfindən hazırlanan anketlər oktyabr ayında ruhi xəstəliklərlə əlaqədar xəstəxana və təşkilatlara göndərildi. Anketdəki suallar bunları ehtiva edirdi: "Xəstənin adı, mədəni vəziyyəti, milliyyəti, ən yaxın qohumu, müntəzəm ziyarət edilirmi, ziyarətçiləri kimlərdir, maliyyə məsuliyyəti kimə aiddir, nə qədər vaxtdır xəstəxanada qalır, nə vaxtdan xəstədir, diaqnoz, əsas əlamətlər, yatalaqdırmı, nəzarətdədirmi, müalicəsi mümkün olmayan bir xəstəlikdən və ya şikayətdən ötrü yatırmı, müharibədə yaralanıbmı və xəstənin irqi". Bu anketlər T4 proqramı içində vəzifə icra edən qabaqcıl qruplar tərəfindən paylanırdı.

T4 sistemində dörd qabaqcıl qrup təşkil olunmuşdu və hər hansı bir istintaq vəziyyətində bu qruplar əsl qaynağı gizlədəcəkdilər. T4-ün əsl qrupundan gələn əmrləri bu qabaqcıl qruplar tətbiq edirdilər. Hər hansı bir xəstəxana və ya ailə ölüm əmrini və ya şəklini araşdırdığında bu əsl qrupu müəyyən edə bilməzdi və dörd qabaqcıl qrupun arxasında heç kimi tapa bilməzdi.

Bu dörd qrupa paralel olaraq çalışan başqa bir qrup yenə var idi ki, bunlar xüsusilə uşaqların öldürülməsi mövzusunda mütəxəssis olmuşdular. Bu qrupun adı "Genetik və Bünyəyə Bağlı Ciddi Xəstəliklərə Elmi Yanaşma Üçün Xalq Komitəsi" idi və bu təşkilatla əlaqəli çalışan iki əlavə alt qrup var idi. "Xəstələrin Daşınması Üçün Yardımsevərlər Birliyi" adlı təşkilat xəstələri öldürmə mərkəzlərinə daşımaqla vəzifəli idi. "Təşkilati Baxım üçün Yardımsevərlər Vəqfi" adlı təşkilat isə son hazırlıq və tənzimləmələri etməklə vəzifəli idi.

Nasistlərin insafsız tətbiqlərindən biri də öldürülən xəstələrin ailələrindən cinayətin xərclərinin alınması idi; ancaq ailələr ödənişləri yaxınlarının öldürülmələri üçün etdiklərini bilmirdilər.

Gələn anketlər ruhi xəstəxanada o xəstələrdən məsul olan həkim və ya psixiatrlar tərəfindən doldurulurdu. Anketlər geri gəldiyində T4-ün psixiatrları və digər mütəxəssisləri tərəfindən qiymətləndirilirdi. Heç bir xəstə müayinə edilmirdi və görülmürdü. Bir xəstənin sağ qalmasına və ya öldürülməsinə bu anketlərdəki məlumatlara görə qərar verilirdi.

Hadamar Öldürmə Mərkəzindəki insan yandıran sobaların tüstüləyən bacası.

Anketlər göndərilməyə başlandığında bəzi ruhi xəstəxanalar və uyğun binalar öldürmə mərkəzləri və cinayət təhsili məktəbləri kimi istifadə edilmək üçün yenidən quruldular. Binalardakı ölüm otaqları yuyunma yerləri kimi kamuflyaj edildilər.

Bernburg Öldürmə Mərkəzinin fərqli yönlərdən çəkilmiş fotoşəkilləri.

Bu dəhşətli sistem belə işləyirdi: anket cavabları gəldikdən sonra ölümünə qərar verilən xəstələrin qaldığı təşkilata bir bəyanat göndərilir və müharibədə yaralananlara yer ayrılması və ya bu xəstələrin daha yaxşı müalicə edilməsi üçün başqa yerə aparılacağı bildirilirdi. Bu xəstələr qabaqcıl təşkilatlardan biri olan və xəstələri daşımaqla vəzifəli olan təşkilat tərəfindən toplanır və öldürmə mərkəzlərindən birinə aparılırdılar. Bu mərkəzlərə gətirildikdən sonra isə bir neçə saat içində öldürülürdülər.

Öldürülənlər yalnız zehni baxımdan müalicəsi mümkün olmayan xəstələr deyildi. Evtanazi tətbiqi sürətləndikcə nasistlər özlərinə görə başqa istənməyən fərdləri də bu tətbiqə daxil etdilər. Ruhi problemi olanlar, şizofrenlər, yaşlılıqdan əziyyət çəkənlər, epilepsiya olanlar, iflic, parkinson, skleroz və beyin qlioması kimi digər üzvi nevroloji xəstəliyi olanlar üçün də ölüm əmrləri verildi. Uşaqlar da eyni şəkildə öldürülürdülər, yetimxanalar və koloniyalar qətl ediləcək yeni namizədlər üçün ətraflı şəkildə araşdırılırdı.

Bu əhəmiyyətli nöqtəni ifadə etmək lazımdır ki, öldürülən xəstələrin 50 faizi əgər yaşamalarına izn verilsəydi, sağalma imkanı olan xəstələr idi.132

Böyük şəkildə Bernburg Psixiatr Xəstəxanasının maketi gürünür. Mavi oxlar ölüm bölgəsinə gedən xəstələrin daşındığı yolu, dairənin ortasında olan bina isə ölülərin yandırıldığı yerləri və qaz otaqlarını göstərir.
Sağdakı şəkil: Sosial elmlər sahəsində professor olan Dr. Käthe Leichte 1940-cı ildə Ravensbrück toplama düşərgəsinə sövq edildi və 1942-ci ildə gestapolar tərəfindən Bernburg Evtanaziya İnstitutunda zəhərli qaz verilərək öldürüldü.
Soldakı şəkil: Bir zoologiya professorunun qızı Margarita Singer evtanaziya proqramı çərçivəsində öldürüldü.

Daha əvvəl də ifadə edildiyi kimi, T4 əməliyyatlarını və ölüm mərkəzlərini gizlətmək üçün bunların adi ruhi xəstəxanalar kimi görünməsinə böyük əhəmiyyət verilmişdi. Bu həqiqət Nuremberq məhkəmələrində KdF-nin (bu termin Fürerin kansleri mənasında istifadə edilir) ikinci bölməsinin rəisi və evtanazi proqramının edamından məsul şəxslərdən biri olan V.Brak tərəfindən etiraf edilmişdi. Brak Nuremberq məhkəmələrində ölüm otaqlarına girərkən xəstələrin əllərində dəsmal və sabun olduğunu və həqiqətən yuyunacaqlarını zənn etdiklərini ifadə etdi. Duşlardan isə su yerinə öldürücü qaz verilirdi.

Cinayətləri reallaşdıran tələbələri Hitlerə bağlı olan yüksək rütbəli nasist zabitlər seçirdi və həmin şəxslər ciddi şəkildə öyrədilirdilər. Əvvəl cinayətləri izləyir, təhsilləri artdıqca xəstələri otaqlara daşımağa və ölüm qazını xəstələrin olduğu otağa verməyə başlayırdılar. Bunun ardından xəstələrin can vermələrinə baxır və öldüklərinə əmin olduqdan sonra otaqların havasını təmizləyib cəsədləri götürürdülər. Bu şəkildə minlərlə günahsız insanı qətl etdilər.

Bütün bu cinayətlər ciddi təhlükəsizlik tədbirləri görülməklə reallaşdırılırdı və xaricə ən kiçik məlumatın belə sızmamağı üçün bütün tədbirlərə əl atılırdı. Çünki bu binalarda öldürülən insanlar başqa irqdən deyildilər. Çoxu alman və ya avstriyalı idi. Əgər alman xalqı öz vətəndaşlarının bu şəkildə öldürüldüklərini öyrənsəydi, nasistlərin bunu açıqlamaları çətin olacağı üçün hər cür təhlükəsizlik tədbiri alınırdı.

Bir növ cəllad olan tələbələr bir müddət sonra cinayətə alışırdılar və bu insanların yalvarışlarından, qışqırtılarından və can vermələrindən artıq təsirlənmirdilər. Bu müddət içində isə təlimçiləri tərəfindən diqqətlə müşahidə edilirdilər, reaksiyaları qeyd edilir və buna görə barələrində hesabat yazılırdı. Bundan başqa, bu tələbələr öz millətlərindən olan insanları yalnız xəstə olduqları üçün bu qədər asan öldürə bildiklərinə görə, sözdə aşağı irqdən insanları daha asan öldürəcəkləri hesablanaraq qarşıdakı daha geniş əhatəli tətbiqlər üçün öyrədilirdilər. Bu cinayətləri işləməyə dözməyən və ya reaksiya verən tələbələr isə müharibənin ön cəbhələrinə göndərilirdilər və daxil olduqları bölüyün komandiri tərəfindən "intihar manqasına" göndərilirdilər.

Cəllad olmaq üçün öyrədilən tələbələr yanmış insan ətinin qoxusuna, ölməkdə olan insanların qışqırtılarına və can vermələrinə qarşı dözümlü, ölümə apardıqları insanlarla sanki yuyunmağa gedirmiş kimi rahat danışan, soyuqqanlı, "qüsursuz" qatillər olaraq yetişdirilirdilər. Tələbələrə müxtəlif mükafatlar verilir və bu üsulla təşviq edilirdilər. Müxtəlif mükafatlardan başqa İkinci Sinif Alman Dəmir Xaç Nişanı alırdılar. Bu nişanın verilmə səbəbi kimi alman hökumətinin gizli məsələləri göstərilirdi.

Xalq zamanla bu institutlarda hansı şeylərin baş verdiyini anlamağa başlayınca etirazlar başladı. Bundan sonra Hitlerin cinayətləri dayandırmaq əmri verdiyi bildirildi. Ancaq cinayətlər dayanmadı, yalnız üsul dəyişikliyi edildi. Artıq öldürücü iynə və ya ac saxlama kimi üsullardan istifadə edilir və ölülər toplu şəkildə basdırılırdı. Bu şəkildə evtanazi vəhşiliyi müharibə boyu davam etdi.

Xüsusi hərəkat 14f13

Bir çox istənməyən ruhi xəstə və sözdə faydasız insan qətl edildikdən sonra T4 proqramı, 14f13 kodu altında iş sahəsini genişləndirdi. Proqram ruhi xəstəxanalar və araşdırma institutları ilə məhdud olduğu halda, bundan sonra, ümumiyyətlə, qaldıqları yerlərdəki şərtlərə görə xəstələnən alman və avstriyalı məhkumlarla toplama düşərgələrindəki yəhudilərə, polşalılara və qaraçılara yönəlmişdi. 14f13 əməliyyatının başlanğıc tarixi 1941-ci ilin dekabr ayı idi. Psixiatrlardan ibarət olan xüsusi komissiyalar T4 Berlin qrupuna əlavə olunmuşdu və həmin şəxslər xəstə və özlərinə görə istənməyən şəxsləri seçib tibbi bölmələrin və xəstə qərargahlarının təmizlənməsi məqsədi ilə toplama düşərgələrinə göndərmişdilər. Seçilən xəstələr, ümumiyyətlə, altı ölüm mərkəzindən birinə göndərilir və orada öldürülürdülər. Toplama düşərgələrindən seçilən insanlar, ümumiyyətlə, əmək qabiliyyətlərinə görə ayrılır, işləyə bilməyən vəziyyətdə olanlar ölümə göndərilirdi.

Evtanaziya proqramı daxilində öldürülənlərin xatirəsinə inşa edilən bir abidə.
altda: Milliyət qəzeti, 10 Oktyabr 2003-cü il tarixli xəbər.
1925-ci ildə Almaniyadakı psixiatriya xəstəxanası.








Hadamar Öldürmə Mərkəzindəki məzarlıq.


1943-cü ildə öldürmə stansiyalarından biri olan Hadamarda uşaqlar da öldürülməyə başlandı. Ancaq bunların arasında iflic və ya zehni problemləri olanlardan başqa sığınacaqlarda, gənc evlərində və yetimxanalarda qalanlar da var idi.133

Mərhəmətsizliyin və acımasızlığın mənşəyi dinsizlikdir.

... Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir! (Nisa surəsi, 127)

Nasist Almaniyası sosial darvinist düşüncələrin praktikada tətbiq olunması ilə bir cəmiyyətin hansı hala düşəcəyinin, insanların hansı zülmlərə məruz qalacağının açıq göstəricisidir. İrqçi nəzəriyyələri tənqid edən "The Emperor's New Clothes" (İmperatorun yeni paltarları) adlı kitabın yazıçısı təkamüli biologiya professoru C.L.Qreyvz darvinizmin gətirib çıxardığı nasist Almaniyası tragediyası haqqında belə deyir:

Nasist Almaniyasının yaşadığı tragediya yevgeninin, irqi iyerarxiyanın və sosial darvinizmin iddialarının mənimsənməsi vəziyyətində nələrin baş verəcəyinin ən açıq nümunəsidir.134

Bu insanların qəlblərinin niyə bu qədər kin, nifrət, laqeydlik və mərhəmətsizliklə dolu olduqları və niyə düşmənliklə insan qatillərinə çevrildikləri üzərində düşünülməsi lazım olan bir mövzudur. Bu problemin cavabı açıqdır: darvinist təlimə görə öyrədilən, insanı dəyərsiz heyvandan fərqləndirməyən, həyatın mübarizə yeri olduğunu zənn edən və bu mübarizədə həyatda qalmaq üçün hər cür pisliyi özünə görə qanuni görən insanların mərhəmətsiz cəmiyyət nizamı meydana gətirmələri qaçılmazdır. İnsanı Allah`ın yaratdığı və ruhundan üflədiyi, həmçinin vicdanlı, ağıllı və qiymətli varlıq kimi görməyi rədd edən, insanın heyvan və bitkilərdən fərqsiz orqanizm olduğunu zənn edənlərin toplu cinayətlər işləmələri, yazıq insanların yalvarışlarından və çəkdikləri acılardan heç təsirlənməməkləri son dərəcə təbiidir. Belə insan özünə və ya mənfəətlərinə zərər gələcəyini düşündüyündə digərlərini heç acımadan, mərhəmət etmədən asanlıqla öldürə bilər və onları bədbəxtlik, kasıblıq, yoxluq və zülm dolu həyata tərk edə bilər. Bu qədər zalım birisinin xəstələri qoruması, düşkünlərə kömək etməsi, fədakarlıq etməsi gözlənilə bilməz. Belə insan xəstə və yaşlı olan ata-anasını da qorumaz. Şikəst qardaşına baxmağı lazımsız zaman, enerji və pul itkisi kimi görər. Bu azğın dünyagörüşü yayılarsa, idarəçilərdən ailə fərdlərinə, həkimlərdən təhsil vəzifəlilərinə qədər hər insan bu azğınlığın təsiri altında davranar. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə fədakarlıq, səbir, mərhəmət, şəfqət, sevgi, hörmət, vəfa kimi dəyərlərin yaşanması mümkün deyil. Həqiqi din əxlaqının hakim olmamağı hər cəmiyyətə bənzər müsibət və fəlakətlər gətirmişdir.

QAYNAQLAR
103. K. Ludmerer, Eugenics, In: Encyclopedia of Bioethics, Edited by Mark Lappe, The Free Press, New York, 1978, s.457
104. Thomas Robert Malthus, An Essay On The Principle of Population, Sixth Edition, 1826, based on the second edition (1803)
105. Charles Darwin, The Descent of Man, 2nd Ed., s. 133-134, 1887
106. Charles Darwin, İnsanın Türeyişi, s. 171
107. Charles Darwin, The Descent of Man, s. 945
108. Allan Chase, The Legacy of Malthus, Chicago:University of Illinois Press, 1980, s.136).
109. Francis Galton, Hereditary Genius: An Inquiry into its Laws and Consequences, London:Macmillan, 1892, s. 330
110. Joseph L. Graves Jr., The Emperor's New Clothes, Rutgers Universtiy Press, 2001, s. 96
111. Joseph L. Graves Jr., The Emperor's New Clothes, Rutgers Universtiy Press, 2001, s. 98
112. Joseph L. Graves Jr., The Emperor's New Clothes, Rutgers Universtiy Press, 2001, s. 98
113. Nature, 116 (1925), s. 456
114. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 18
115. http://www.politicalamazon.com/pioneerfund.htm
116. Joseph L. Graves Jr., The Emperor's New Clothes, Rutgers Universtiy Press, 2001, s. 116-117
117. Joseph L. Graves Jr., The Emperor's New Clothes, Rutgers Universtiy Press, 2001, s. 119
118. Ian Kershaw, Hitler, volume 1, 1998, s. 134
119. R. Youngson, Scientific Blunders; A Brief History of How Wrong Scientists Can Sometimes Be, Carroll and Graf Pub., New York, 1998
120. A. Hitler, Hitler's Secret Conversations 1941-1944, With an introductory essay on The Mind of Adolf Hitler by H.R. Trevor-Roper, Farrar, Straus and Young, New York, 1953, s. 116
121. A. Hitler, Hitler's Secret Conversations 1941-1944, With an introductory essay on The Mind of Adolf Hitler by H.R. Trevor-Roper, Farrar, Straus and Young, New York, 1953, s. 116
122. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 11
123. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s.22
124. J.C. Fest, The Face of the Third Reich, Pantheon, NY, 1970, s. 99-100
125. Jerry Bergman, Darwinism and the Nazi Race Holocaust, http://www.trueorigin.org/holocaust.asp
126. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 17
127. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 17
128. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, II. Bölüm
129. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 32
130. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 32
131. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 33
132. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 40
133. Bernhard Schreiber, The Men Behind Hitler - A German Warning to the World, http://www.toolan.com/hitler/Hitler, s. 40
134. Joseph L. Graves Jr., The Emperor's New Clothes, Rutgers Universtiy Press, 2001, s. 128
135. Doç. Dr. Haydar Sur, Sağlık Hizmetlerinin Geçmişi ve Gelişimi, http://www.merih.net/m1/whaysur12.htm
136. http://www.mihr.com/mihr/osm/sistem/ilim.htm


Ana Səhifə