Maltusdan Darvinə
mərhəmətsizliyin tarixi

Əvvəl də ifadə edildiyi kimi, "Növlərin mənşəyi" adlı kitabı yazarkən Darvinin fikirlərindən ən çox təsirləndiyi şəxslərin başında ingilis iqtisadçı və demoqraf Tomas Robert Maltus gəlirdi.

Maltus ilk nəşri 1798-ci ildə nəşr olunan "Cəmiyyətin gələcək inkişafına təsirləri baxımından əhali qanunu üzərinə təcrübə" adlı kitabında insan əhalisinin hər 25 ildə həndəsi nisbətdə (2, 4, 8, 16, 32, 64, 128, 256...), yemək qaynaqlarının isə eyni müddət içində arifmetik nisbətdə (1, 2, 3, 4, 5, 6, 7, 8, 9...) artdığını iddia etmişdi. Yəni Maltusa görə, əhali hər 25 ildə ikiqat artarkən yemək qaynaqları daha az artırdı. Maltus üç əsrin içində əhalinin yemək qaynaqlarına nisbətinin 4096-ya 13 olacağını iddia etdi. Yəni Maltusun bu elmi olmayan iddiasına görə, qaynaqlar sürətlə artan əhali üçün qeyri-kafi qalır və həyatda qalmaq üçün ciddi mübarizə aparmaq sözdə qaçılmaz hala gəlirdi. Darvinin kitabının alt başlığında ifadə edilən iddia da bu idi: Növlərin mənşəyi.... Əlverişli fərdlərin həyat mübarizəsində qorunması...

Maltus təcrübəsində əhalinin sürətli artımının qarşısının alınmasının lazım olduğunu ifadə edib özünə görə bəzi çıxış yolları qarşıya qoydu. Maltusa görə, əhalinin artımına nəzarət edən iki təməl amil vardı: iztirablar və pis əxlaq. Qıtlıq və epidemik xəstəlik kimi hadisələr əhaliyə nəzarət edən iztirablar idi. Müharibə, yeni doğulan uşaqların öldürülməsi kimi hadisələr isə əhaliyə nəzarət edən digər amillər idi. Maltus müharibə, qıtlıq, xəstəlik və uşaq cinayətləri kimi hadisələrlə əhalinin sürətli artımının idarə ediləcəyini və bu sayədə əhalinin qida qaynaqları ilə balanslı hala gələcəyini yazmışdı. Ağıllı və vicdan sahibi hər insanın həmfikir olduğu kimi bu, həm ağıl və məntiq xarici, həm də son dərəcə vəhşi iddiadır. Cəmiyyətlərin rifah və hüzuru düşünülərək gəlir və dolanışıq qaynaqlarının doğru planlanması, əlbəttə, cəmiyyətlərin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Ancaq bir cəmiyyətin gələcəyini müharibə, qətliam və cinayətlərlə planlamağa cəhd etmək, əlbəttə, qəbul edilən vəziyyət deyil. Bunun cəmiyyətlərə acı və göz yaşı dolu fəlakətlər gətirəcəyi açıqdır.


Thomas Malthus

Bununla belə, Maltusun başqa məntiqdən kənar təklifləri də var idi. Məsələn, işçi sinfindən və ya yoxsul dairədən evli cütlərin uşaq sahibi olmamağı üçün lazım olan bütün tədbirlərin alınmasının gərəkdiyini qarşıya qoymuşdu. Maltusun fikirləri 1834- cü ildə İngiltərədə kasıblar üçün xüsusi iş evləri qurulmasını təmin edən yeni qanunla zirvəyə çatdı. Bu qanunla iş evlərindəki əhali artımını azaltmaq üçün evli cütlərin qəti qaydalarla ayrı qalmaları təmin edilirdi.

Əslində, bu tətbiqlərin arxasındakı səbəblərdən biri keçmişdən indiyə gələn sözdə aşağı siniflərin davamlı artan əhalisinin daha mədəni insanları "tükədəcəyi" qorxusu idi. Əlbəttə, bu qorxu son dərəcə yersizdir və böyük yanılmanın məhsuludur. Əvvəlcə, bir insanın maddi vəziyyəti, cəmiyyətdəki mövqeyi və ya dili, irqi, cinsiyyəti səbəbiylə bir başqasına üstün olması söz mövzusu deyil. Allah bütün insanları bərabər yaratmışdır. İnsanları dəyərli edən sahib olduqları müxtəlif imkan və ya fiziki xüsusiyyətləri deyil, göstərdikləri gözəl əxlaq xüsusiyyətləridir.

Fransa inqilabının ardından əvvəlki etibar və gücünü əlində tuta bilməyəcəyi narahatlığını yaşayan ingilis burjuaziyası yoxsulların sayca artımını önləmək üçün maltusçuluğa böyük dəstək vermiş və bu istiqamətdə radikal tədbirlərin alınmasından çəkinməmişdir. Bu vəziyyət din əxlaqından uzaqlaşan insanların sayca çox olmasında və yoxsul olanların isə azalmasında olduğunu sanmışdılar. Əlbəttə, bir cəmiyyətdə varlı insanların sayının artması, rifah səviyyəsinin yüksəlməsi istənilən bir vəziyyətdir. Ancaq rifah səviyyəsini yüksəltmək üçün tətbiq olunan üsulların nələr olduğu son dərəcə əhəmiyyətlidir. Sosial darvinizmin qarşıya qoyduğu kimi kasıbları qətl edib və yoxsullara zülm edib varlı insanların sayını artırmağa çalışmaq əsla qəbul edilməyən üsuldur. Ayrıca, cəmiyyətin inkişafı yalnız varlı insanların sayının artması ilə təmin edilməz. Varlı, amma din əxlaqının gərəyi olan dürüstlük, fədakarlıq, təvazö, səmimiyyət, səbir, tolerantlıq, ağıl, çalışqanlıq kimi dəyərlərdən məhrum olan insanların sayca çoxalmalarının cəmiyyətə fayda yerinə zərər gətirəcəyi hamıya məlumdur. Buna görə, cəmiyyətləri irəli aparmaq üçün qurulan planların hədəfə çatması o cəmiyyətin maddi olaraq inkişaf edərkən mənəvi dəyərlərə olan bağlılığının da gücləndirilməsi ilə mümkündür.

Ancaq Maltusla eyni dövrdə yaşayan bir çox insan bu açıq həqiqətin fərqinə varmamış və cəmiyyətlərini sonrakı illərdə böyük əxlaqi çöküntüyə sürüyən bu azğın fikirlərə dəstək vermişdir.

Maltusun yoxsul əhalinin artmasını önləmək üçün qarşıya qoyduğu amansız təkliflərdən bəziləri bunlar idi:


Sosial darvinizmin azğın təlqinlərinə əsasən, zəif, gücsüz, yazıq insanlar ölümə tərk edilməlidirlər. Bu, dünya tarixinin qarşılaşdığı ən qəddar fəlsəfələrdəndir.

....03 Şəhərlərimizdəki yolları daha dar etməli, evləri daha izdihamlı yerlərə çevirməli və vəbanın yayılması üçün səy göstərməliyik. Çöllüklərdə kəndlərimizi durğun su kənarlarında tikməli, məskunlaşmanın bataqlıq sahələrdə və zərərli şərtlərdə də olsa, edilməsini təşviq etməliyik.Ancaq hər şeydən kənar, zərərli xəstəliklər üçün alınan xüsusi tədbirləri və bəzi xəstəlikləri kökündən yox etmək üçün layihələr təşkil edib insanlığa xidmət etdiklərini düşünən xeyriyyəçiləri (ki, bu insanlar səhvə yol vermişlər) qınamalıyıq. 8

Maltus uşaq cinayətlərini də təşviq edirdi:

Ədalət və təqdir mövzuları ilə üsulən məşğul olmağımızın səbəbi yoxsulun dəstək istəmək haqqını rədd etmək üçündür. Bu məqsədlə, heç bir yeni doğulan uşağın kömək tələb etmək haqqına sahib olmadığının lazım olduğunu açıqlayıb gərəkli tənzimləmələrin edilməsini təklif etməliyəm. Müqayisə gərəkdirsə, (qeyri-qanuni) olaraq doğulan uşaq cəmiyyətdə çox az dəyərə malikdir, digərləri isə zamanla onun yerini alar.Əhalini bu (arzu edilən) səviyyədə tutmaq üçün lazım olandan artıq doğulan bütün uşaqlar yetkinlərin ölümləri ilə onlara yer açılmadığı müddətcə ölməlidirlər. 9

Maltus cəmiyyətlərin gələcəyi üçün yeni doğulan uşaqların qətl edilməsini məqbul görəcək dərəcədə azğın məntiqə sahib idi. Bu sətirləri oxuyan bəzi insanlar Maltusun görüşlərinin keçmişdə qaldığını və dövrümüzdə artıq belə azğın fikirlərin qəbul edilməyəcəyini düşünə bilərlər. Amma bu yanılmadır. Dövrümüzdə Çində əhali planlamasının yeni doğulan körpələrin öldürülməsi yolu ilə aparıldığı göz önünə gətirildikdə Maltusun və onun təqibçisi olan Darvinin azğın fikirlərinin cəmiyyətlərdəki qalıcı və korlayıcı təsirləri daha yaxşı aydın olar. Kommunist Çində din əxlaqının yaşanması dövlət tərəfindən əngəllənir, dövlət xalqı darvinist dünyagörüşü ilə qiymətləndirir. Buna görə də yaşanan böyük ictimai və əxlaqi çöküntü ilə yanaşı, Çində insanlar iş düşərgələrində bütün insani şərtlərdən məhrum olaraq zorla işlədilir; dövlətin icazə verdiyi saydan çox uşağa sahib olan ailələrin uşaqları zorla toplanıb öldürülür; fikir cinayəti səbəbi ilə insanlar edam edilir və edam səhnələri ictimai mərasim halına gətirilir. Çində yaşananlar darvinist düşüncələrin təsiri altında qalan cəmiyyətin içinə düşəcəyi vəziyyətin günümüzdən bir nümunəsidir.

Maltusun tezisləri İngiltərədə yoxsulların vəziyyətini daha da pisləşdirən zülmedici qanunun hazırlanması ilə bitmədi, ictimai problemləri daha da kompleks və çətin duruma gətirdi. İndiki dövrdə hələ bəzi çevrələrin müdafiə etdiyi darvinizm kimi 20-ci əsrə qarışıqlıq, müharibə, irqçilik və dinsizlik və s. bəlalar gətirən nəzəriyyəyə liderlik edən bu tezis heç bir elmi dəlilə əsaslanmır. Hətta Maltus tezisini ortaya qoyarkən keçi və itlər haqqında danışılan, nə qədəri doğru olduğu da bilinməyən bir hekayədən ilham almışdır.

Keçilərin və itlərin hekayəsindən darvinizmə

Təcrübəni yazarkən Maltusa əsl ilham qaynağı olan hadisə Sakit okeanındakı bir adaya ispan dənizçi J.Fernandez tərəfindən buraxıldığı deyilən keçilərlə əlaqədar bir hekayədir. Hekayəyə görə, bu keçilər zamanla adada çoxalmış və adaya baş çəkən dənizçilər üçün yemək qaynağına çevrilmişlər. Keçilər bir tərəfdən sürətlə çoxalıb adadakı qida qaynaqlarını tükətməyə başlamışlar. İspanlar isə onlara hücum edib ticarətlərinə maneə olan ingilis əsgərlərinin bu adadakı keçilərdən faydalanmalarına əngəl olmaq üçün adaya erkək və dişi itlər buraxmışlar. Bu dəfə itlər zamanla çoxalmış və keçilərin bir çoxunu öldürmüşlər. Fransız riyaziyyatçı və inqilabçı C.Tounsend bu şəkildə təbiətin tarazlığının qurulduğunu yazmış və belə demişdir:

İki növün ən zəifləri təbiətə borc ödəyənlərin ilki oldular; ən fəal və güclü olanlar həyatlarını qorudular. İnsan növünün də sayını təşkil edən yemək miqdarıdır.10

Daha əvvəl də ifadə etdiyimiz kimi, bəzi təbii şərtlər heyvanların sayının artması və ya çoxalması, nəslinin tükənməsi və ya qorunması kimi mövzularda təsirli ola bilər. Ancaq bunun insan cəmiyyətləri üçün əsaslı olduğunu zənn etmək çox ciddi yanılmadır. Belə yanılmanı tətbiq etmənin nə qədər qorxunc nəticələrə yol açacağı yaşanmış təcrübələrlə sübut edilmişdir.

Tounsend bu düşüncələrini qüvvədə olan yoxsul qanununa tətbiq etmək istədi. İngiltərədəki yoxsul qanununa görə kasıblar ac qalmırlar, ancaq çox işləməyə məcbur edilirlər. Tounsend isə kasıbları işləməyə məcbur edən bu qanunun daha çox çətinliyə və səs-küyə səbəb olduğunu qarşıya qoydu. Bunun yerinə kasıbları aclıqla yola gətirmənin daha məqbul olacağını iddia etdi. Tounsendə görə, aclıq ən vəhşi heyvanı belə itaətli edir, onlara mədəniyyəti və idarə altına girməyi öyrədir və onları işə təşviq edir.11 Əlbəttə, bu, çox amansız və vicdansız bir yanaşmadır. Bu mərhəmətsizliyin təməlində insanları maddi imkanlarına və fiziki xüsusiyyətlərinə görə təsnif etmə yanlışlığı yer tutur. Din əxlaqına heç bir şəkildə uyğun olmayan bu ayrı-seçkilik tarix boyu ictimai nizamı pozan, qarışıqlıq, anarxiya və qarşıdurmaya səbəb olan bir ünsür olmuşdur.

Keçilərin və itlərin hekayəsi Tounsendin ardından Maltusun tezislərinin də əsasını meydana gətirdi. Maltusdan sonra H.Spenser tərəfindən ortaya atılan "ən uyğun olan həyatda qalır" cümləsi ilə ifadə edilən yalanın və ardından Darvinin qarşıya qoyduğu "təbii seleksiya ilə təkamül" yanılmasının ilham qaynağı da yenə bu hekayədir.

Halbuki, daha əvvəl də vurğuladığımız kimi, heyvanlar üçün əsaslı olan bəzi qanunları insanlara tətbiq etmək Tounsendlə başlayan, Maltus, Spenser və Darvinlə davam edənlərin ən böyük səhvlərindən biri olmuşdur. Onlar insanları ancaq radikal və şiddətə dayanan tədbirlərlə və aclıq, müharibə və səfalət kimi amillərlə idarə edilən vəhşi varlıqlar kimi görmüşlər. Halbuki, insan ağıl, kamal, məntiq sahibi olan varlıqdır. Heyvanlar kimi instinktləri ilə deyil, ağıl və vicdanı ilə hərəkət edir.

Maltusun iddiaları elmi məlumatlara əsaslanmır


Allah insanlara zəifləri qorumağı, şəfqətli və mərhəmətli olmağı əmr etmişdir. Allah'ın əmr etdiyi əxlaqın yayılması bir çox problemin həlli olacaqdır.

Maltusun nəzəriyyəsi bütün yanlışlıqlarına baxmayaraq, dövrün şərtlərində bəzi çevrələr tərəfindən qəbul edilmişdir. Və sonrakı əsri təsiri altına alan bəzi azğın ideologiya və cərəyanlara da əsas təşkil etmişdir. Bununla yanaşı, heç bir elmi dəlilə əsaslanmır və ziddiyyətlərlə doludur. Bunlardan bəziləri belədir:

1. Maltus kitabını yazdığı dövrlərdə əlində əhalinin artımı ilə əlaqədar istifadə edəcəyi heç bir məlumat yox idi. Çünki İngiltərədəki ilk milli siyahıyaalma işi 1801-ci ildə, yəni Maltus təcrübəsini yazdıqdan 3 il sonra aparılmışdı. Bundan başqa, Maltus 1801-ci ildə aparılan siyahıyaalmadan istifadə edə bilməzdi, çünki əhalinin artım nisbətini hesablamaq üçün əvvəlki illərə aid əhali sayına da ehtiyac var idi. Dolayısilə, əhalinin artım nisbətini təyin edə biləcəyi etibarlı statistikaya sahib deyildi. İddialarını tamamilə fərziyyələrə əsaslandırmışdı.

2. Maltus yemək qaynaqlarının artım sürətini hesablamaq üçün müəyyən məlumatlara da sahib deyildi. Nə qədər ərazinin əkildiyini, nə qədərindən hansı miqdarda məhsul götürüldüyünü hesablayacağı üsul o dövrdə yox idi. Bu mövzuda yalnız təxminlər etmişdi.

3. Maltusun qarşıya qoyduğu qayda öz içində ziddiyyətli idi. Maltus əhalinin həndəsi olaraq artdığını qarşıya qoymuşdu. O zaman heyvan və bitkilər də həndəsi olaraq artırdı ki, bilindiyi kimi, hər ikisi də insan həyatı üçün əsas təşkil edirlər. Praktikada nə insanlar, nə heyvanlar, nə də bitkilər həndəsi şəkildə çoxalmazlar. Artım nisbəti ətraf şərtlərə görə dəyişir. İnsan daxil olmaqla, bütün ekoloji sistem son dərəcə balanslı uyğunlaşma içindədir. Təbiətdəki nizam Maltus və Darvinin iddia etdiyi kimi, "ye və ya yem ol" şəklində yekunlaşdırılan, sözdə həyat mübarizəsi iddiasından son dərəcə uzaqdır.

Qısası, Maltusun ortaya atdığı iddialar heç bir elmi dəlilə əsaslanmır, tam əksinə, səhvləri və məntiqsizlikləri isbat edilmişdir. Darvin isə təkamül nəzəriyyəsini Maltusun yalnız bəzi fərziyyələrə əsaslanan, xəyali iddiaları üzərinə qurmuşdur.

"Həyat Mübarizədir" iddiası doğru deyil

Maltusa və Darvinə olan bağlılıqlarına görə bəzi darvinistlər "həyat mübarizədir" fikrini ən üst təbəqələrə qədər yaydılar. Bir qismi yalnız heyvanların deyil, daxili orqanlardan molekullara qədər bütün varlıqların rəqabətdə olduqlarını iddia etdi. Məsələn, T.H. Huxley hər orqanizmin molekullarının bir-biri ilə rəqabətdə olduğunu irəli sürdü. Alman embrioloq Wilhelm Roux isə orqanların qida üçün bir-biriləri ilə mübarizə etdiklərini, böyrəklərin ciyərlərə, ürəyin beyinə qarşı döyüşdüyünü iddia etdi.1

20-ci əsrdə biologiya sahəsində əldə edilən kəşflər isə təbiətdə belə bir həyat mübarizəsi olmadığını göstərir. Bu gün biologiyada əsas olaraq orqanizm daxilindəki rəqabətdən deyil, əməkdaşlıqdan bəhs olunur. Məsələn, bioloq Lewis Thomas "Lives of Cells" (Hüceyrələrin Həyatı) adlı kitabında belə yazır:

Bildiyimiz qədər canlı varlıqlar arasındakı birliklərin bir çoxu əslində kömək məqsədi daşıyan, müəyyən dərəcəyə qədər simbiotikdir (ortaq həyat). Adətən düşmənləri ilə qarşılaşdıqlarında birbirilərinə siqnallar və xəbərdarlıqlar yolladıqları, bərabər hərəkət etdikləri bir əlaqə...2

"Darwin Retried: An Appeal to Reason" kitabının müəllifi Norman Macbethisə Maltus və Darvinin səhv etdiklərini və təbiətdə var gücü ilə gedən mübarizə olmadığını belə açıqlayır:

Darvin bioloq olmaqdan çox (qəddar) sosioloq olan Maltusdan bu fikri götürdü. Bu fikir bitkilərə və heyvanlara sevgi dolu dərin düşüncə olaraq ortaya çıxmadı. Bu tip bir düşüncə hər üzvü varlığın həndəsi nisbətlə çoxalmaq üçün cəhd etdiyini ya da surü halında bir mübarizənin var olduğunu göstərməz...3

Təkamülçü Peter Kropotkin də heyvanların arasındakı həmrəylikdən bəhs edən Mutual Aid: A Factor in Evolution (Qarşılıqlı Yardım: Təkamül Faktoru) adlı kitabında Darvin və tərəfdarlarının etdikləri səhvi belə dilə gətirir:

Darvin və onun yolunu izləyənlər təbiəti canlıların daim birbiriləri ilə mübarizə apardıqları bir yer kimi tanıtdırdılar. Huxleyə görə, heyvanlar aləmi qladiatorların şousuna bənzəyirdi. Heyvanlar birbiriləri ilə vuruşur, ən sürətli və ən hiyləgər olan ertəsi gün vuruşa bilmək üçün həyatda qalırdı. Lakin ilk baxışda Huxleyin təbiətə baxışının elmi olmadığı anlaşılır.4

"Elm və Texnika" jurnalında dərc olunan bir məqalədə isə təbiətin mübarizə yeri olduğu iddiasındakı yanlış belə etiraf edilir:

Problem, canlıların niyə bir-birilərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə görə hər canlı öz varlığını davam etdirmək və törəyə bilmək üçün mübarizə aparır. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını azaldacağına görə, uzun müddət təkamüldə bu davranışın yox olması lazım idi. Halbuki, canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir.5

Bütün bu məlumatlar bir daha göstərir ki, Darvinin primitiv elmi şəraiti nəticəsində ərsəyə gətirdiyi nəzəriyyəsi bir çox səhv və yanılmalarla doludur. Elmin demək olar ki, hər sahəsində baş verən bir çox irəliləyiş Darvinin təkamül nəzəriyyəsinin əsassızlığını sübut edir. Bu yalanları "elm" adına mənimsəyənlər də, əslində elmdən kənar primitiv bir nəzəriyyənin müdafiəsini boyunlarına götürdükləri həqiqətini göz ardı etməməli və bu yalandan dərhal imtina etməlidirlər.

Qaynaqlar
1. http://www.trufax.org/avoid/manifold.html
2. L. Thomas, The Lives of a Cell, New York: Bantam Books INC., (1974)
3. www.trufax.org/avoid/manifold.html
4. Peter Kropotkin, Mutual Aid: A Factor of Evolution, 1902, I. Bölüm.
5. Bilim ve Teknik, sayı 190, s.4

Maltusçu Darvin

Darvin Maltusun təcrübəsini 1838-ci ildə oxudu və qeyd dəftərinə belə yazdı:

Oktyabr, 1838-ci ildə, yəni sistematik şəkildə araşdırmalarıma başladıqdan 15 ay sonra yalnız marağım olduğu üçün Maltusun əhali ilə əlaqədar işini oxumağa başladım. Və heyvanlarla bitkilərdə davamlı müşahidə etdiyim həyatda qalma mübarizəsini düşündüyümdə bir an fərqinə vardım ki, bu şərtlər altında uyğun variasiyalar qorunur və uyğun olmayanlar yox edilir. Bunun nəticəsində, yeni növlər ortaya çıxır. Burada sonradan üzərində çalışacağım nəzəriyyəni sonda əldə etmişdim.12

Darvinin qeydlərindən də aydın olduğu kimi, təbii seleksiya ilə təkamül və həyat mübarizəsi anlayışları Darvinin zehnində Maltusu oxuduqdan sonra şəkillənmişdir. Darvin "Növlərin mənşəyi" kitabında Maltusun iddialarını tamamilə mənimsədiyini bu sözləri ilə qəbul edirdi:

Təbii olaraq yüksək sürətlə çoxalan hər orqanik varlıq əgər yox edilməzsə, dünya qısa müddət içində tək bir cütün soyu ilə örtülərdi. Bu, istisnasız bir qaydadır. Yavaş çoxalan insan əhalisi də son iyirmi beş ildə ikiqat artmışdır və bu nisbət göz önünə gətirildiyində önümüzdəki bir neçə min ildə insan soyu üçün, həqiqətən də, ayaq üstə duracaq yer qalmaz...13

Darvin Maltusun nəzəriyyəsi və təbii seleksiya tezisi arasındakı əlaqəni belə açıqlayırdı:

Həyatda qalan fərd sayından daha çoxu dünyaya gəldikcə tək bir fərdin eyni növün digər fərdlərinə qarşı, yaxud fərqli növlərin fərdləri arasında, yaxud da fiziki şərtlərə qarşı hər halda bir həyat mübarizəsi olmalıdır. Bu, Maltusun təliminin müxtəlif dərəcələrdə bütün heyvan və bitki aləminə tətbiq olunmasıdır...14

Maltusun azğın məntiqi uşaqlar üzərində də tətbiq edilmiş və bir çox uşaq çətin şəraitdə işlədilmişdir.

Darvinin Maltusun azğın fikirlərindən dəstək aldığı bu düşüncələri ciddi yanılmadır və elmi heç bir dəyərə sahib deyil. Bundan başqa, əhali planlamasını zəif və kasıbları ortadan qaldırmaqla təmin etməyi qarşıya qoyan və kifayət qədər güclü olmayanların yox olmalarının lazım olduğunu ifadə edən bu dünyagörüşü böyük zalımlıqdır. Necə ki, həyatı hüzuru, təhlükəsizliyi və anlayışı təməl alan bir sahə olaraq deyil, yalnız həyatda qalmağı, buna görə də amansız mübarizə aparmağı tələb edən sahə olaraq görən bu dünyagörüşü cəmiyyətlərə böyük fəlakətlər gətirmişdir.

Maltusdan amansız dünyagörüşünə


Maltusun azğın məntiqi uşaqlar üzərində də tətbiq edilmiş və bir çox uşaq çətin şəraitdə işlədilmişdir.

Maltus və Darvinin fikirləri elmi dəlillərə əsaslanmadığına baxmayaraq, böyük dəstək tapdı. Bunun səbəbini hər ikisinin də yaşadıqları dövrdə axtarmaq lazımdır. Maltus və Darvin sənaye inqilabından sonrakı dövrdə İngiltərədə yaşayırdılar. İngiltərə aristokratiyası sənaye inqilabı ilə yanaşı, mövqeyini və gücünü işçi sinfinə qarşı itirməkdən qorxurdu. Bir tərəfdən də ucuz işçi qüvvəsinə çox ehtiyacları var idi. Bu dilemma nəticəsində idarəçi sinfin öz səhv anlayışı ilə gəldiyi nəticə bu oldu: İngiltərədə "aşağı sinif" idarə altına alınmalı, əzilməli, gücləndirilməməli və işlədilməli idi. Maltus isə sürətlə artan əhaliyə qarşı qeyri-kafi qalan qida qaynaqları tezisini qarşıya qoyarkən həlli "aşağı sinf"in çoxalmasını dayandırmaqda göstərib həm yoxsulları təhdid edirdi, həm də onlara qarşı sərt tədbirlərin alınmasına səbəb olurdu. Darvin Maltusun tezisini təbiət elminə və biologiyaya tətbiq edib bu iddiaya sözdə elmi görünüş qazandırmışdı.


Ucuz işçi qüvvəsinə ehtiyacı olan bəzi insanlar Maltusun batil fikirlərinə ilk sahib çıxanlar oldu.

R.Hofstadter "Amerikan düşüncəsində sosial darvinizm" adlı kitabında Darvinin Maltusun tezisinə verdiyi dəstək üçün belə demişdir:

Maltusçuluq İngiltərədə çox məşhurlaşdı... Bu cərəyan, eyni zamanda, zənginləri kasıbların çəkdiyi acılara istiqamətli olaraq yerinə yetirmələri lazım olan vəzifələrindən qurtarmışdır. Hadisələrin axışında Maltusun səhvi sübut edildi və nəzəriyyə tam siyasi iqtisadiyyatda yavaş-yavaş ortadan qalxmağa başlamışdı ki, ona Darvinin bioloji yanaşmasından yeni dəstək gəldi.15

Tədqiqatçı və yazıçı İ.Taylor isə Maltusla əlaqədar bir məqaləsində Maltusun tezisinin ehtiva etdiyi degenerativ fikirlər üçün belə deyir:

Bütün bunlardan alınası dərs Allah`ı, Onun təqdirini və müdaxiləsini rədd edən Darvin və digərlərinin Maltusun prinsipində ağıza alınmayacaq və axmaq elmi təkliflərə yönəldən, dəhşət verici bir fəlakət və çarəsizlik tapmalarıdır. Maltusun arqumentindəki son dərəcə diqqəti cəlb edən zəiflik və çatışmazlıqlara baxmayaraq, bu, belədir.16

Maltusun "amansız, ümidsizlik verən, axmaq" iddiası elm tərəfindən yalanlansa da, günümüzə qədər təsirini davam etdirmişdir. İ.Taylor "İnsanların zehnində" adlı kitabında Maltusla başlayan və Hitlerlə sona çatan bu mərhəmətsizlik zəncirini belə yekunlaşdırır:

Maltus düşüncəsini daha sonradan "ən uyğun olan həyatda qalır" təması halını alan qaydaya söykədi. Bu anlayış Kondorketdən Maltusa, Spenserə, Uallasey və Darvinə qədər uzanır. Ən sonda A.Hitler kimilərinə təsir etmək məqsədi ilə sürətlə inkişaf etdi. Ancaq unutmamalıyıq ki, hər şeyin başında keçilərin və itlərin hekayəsi var idi.17

Göründüyü kimi, Maltusun zalım görüşlərinin dəstək görməsinin təməlində bunları öz mərhəmətsizliklərinə, mənfəətlərinə, azğınlıqlarına bir növ örtük kimi istifadə etməyi istəyən bəzi idarəçi və liderlərin, ideoloji qayğılar daşıyan bəzi qənaət öndərlərinin əhəmiyyətli payı olmuşdur. Söz mövzusu çevrələrin öz mənfəətləri uğruna dəstək verdikləri bu amansız dünyagörüşünün səbəb olduğu fəlakətlər isə tarixdə misli görülməmiş böyüklükdə olmuşdur. Növbəti səhifələrdə Maltusla başlayan bu amansız və mərhəmətsiz dünyagörüşünün sosial darvinizm adı altında necə gücləndirildiyini və insanlığa nəyə başa gəldiyindən bəhs edəcəyik.

QAYNAQLAR
8. Thomas R. Malthus, An essay on the principle of population as it affects the future improvement of society., Reprint, London:Reeves and Turner, (1798) 1878, s. 41
9. Thomas R. Malthus, An essay on the principle of population as it affects the future improvement of society., Reprint.London:Reeves and Turner, (1798) 1878, s.411, 430-431.
10. Karl Polanyi, The Great Transformation, Boston, Beacon Press, 1957, s.112
11. Karl Polanyi, The Great Transformation, Boston, Beacon Press, 1957,s.112.
12. Sir Gavin de Beer, Charles Darwin, London: Thomas Nelson & Sons, 1963
13. Charles Darwin, On the Origin of Species By Means of Natural Selection, London, 1859, (tekrar baskı 1964, Harvard University Press, Cambridge) s.64
14. Charles Darwin, On the Origin of Species, s. 117
15. Richard Hofstadter, Social Darwinism in American Thought, s. 88
16. http://www.creationism.org/csshs/v04n3p18.htm
17. Ian Taylor, In the Minds of Men, s. 65


Ana Səhifə